Britaniyalı rejissorun Bakıda teatrsevərlər üçün müzakirələr keçirmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında “Asılmış vəziyyətdə” tamaşanın quruluşçu rejissoru Stefan Motram teatrsevərlərlə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, tamaşa “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalı çərçivəsində noyabrın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaqdır.
Səhnə əsəri Böyük Britaniyanın Dorset Kukla Teatrı Kompaniyasının təqdimatında “British Coucil”un təşkilatçılığı ilə nümayiş olunacaqdır.
Stefan Motram bildirmişdir ki, “Asılmış vəziyyətdə” adlı kukla tamaşası bir neçə hekayənin vəhdətindən yaranmışdır. İnsan hərəkətlərinin xırdalıqlarına kimi, nümayiş olunduğu 70 dəqiqəlik bu tamaşada beynəlxalq dil maneələri mövcud deyil, çünki burada söz ifadələrindən istifadə olunmamışdır. Səhnə əsərində yalnız kuklalar maraqlı hərəkətlər edir, dinamik musiqi isə tamaşaçıların diqqətini çəkir.
Yaratdığı teatrla dünyanın 40-dan çox ölkəsində tamaşalar nümayiş etdirən rejissor Bakıda olmasından məmnunluğunu ifadə etmişdir.
Stefan Motram jurnalistləri maraqlandıran suları cavablandırmışdır.