MƏDƏNİYYƏT
Britaniyalı teatr rejissoru Akademik Milli Dram Teatrında olmuşdur
![Britaniyalı teatr rejissoru Akademik Milli Dram Teatrında olmuşdur](/files/2013/3/1200x630/14071451281563632621_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Saplla görüşmüşdür.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov qonağa Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında məlumat vermişdir.
Görüşdə həmçinin Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri müzakirə olunmuş, birgə layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.
Növbəti mövsümlərdə T.Saplın Azərbaycanda tamaşa hazırlaması və Akademik Milli Dram Teatrının kollektivinin İngiltərəyə qastrol səfərinin təşkili kimi məsələlər də müzakirə mövzusu olmuşdur.
Timati Sapl həmçinin teatrın aktyorları ilə də görüşmüş və söhbətlər aparmışdır.