BRÜSSELƏ YOLA DÜŞMÜŞLƏR
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun başçılığı ilə respublikamızın nümayəndə heyəti Dünya Gömrük Təşkilatı (DGT) Gömrük Əməkdaşlığı Şurasının 99-cu və 100-cü sessiyalarında, habelə DGT-nin 50 illik yubileyi tədbirlərində iştirak etmək üçün Brüsselə yola düşmüşdür.
Komitənin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Belçika Krallığı Maliyyə Nazirliyinin Gömrük və Aksiz İdarəsinin baş direktoru xanım Madlen Dullye və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov “Belçika Krallığı hökuməti və Azərbaycan Respublikası hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı inzibatı yardım göstərilməsi haqqında” ikitərəfli saziş imzalayacaqlar. Bundan əlavə, ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.