BTC KƏMƏRİ İLƏ XAM NEFTİN NƏQLİ BİR NEÇƏ GÜNDƏN SONRA BƏRPA OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Adana vilayətində olan energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində təmir işlərinin intensiv şəkildə davam etdiyini və bir neçə gündən sonra xam neftin nəqlinin bərpa olunacağını bildirmişdir.
Nazirin sözlərinə görə, partlayışın baş verdiyi Ərzincanın Rəfahiyə rayonunda aparılan təmir işləri ilə yanaşı, BTC kəmərinin Türkiyə ərazisindən keçən bütün hissəsindəki 4 nasos və 2 təzyiqsalma stansiyasında da profilaktik tədbirlər görülməkdədir. Hazırda ekspertlər qəza nəticəsində dəymiş ziyanın məbləğini dəqiqləşdirirlər.
Partlayışın baş verdiyi günədək BTC kəməri ilə 436 milyon 403 min barrel xam neft nəql olunmuş, 522 tanker yüklənərək dünya bazarlarına yola salınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]