Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
Bakı, 21 may, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşacaq. İspaniyanın Bilbao şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı almaniyalı refer Feliks Zoyer idarə edəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İtaliyanın “Atalanta” klubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]