Bu gündən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Bu gündən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərnişin axınının artması ilə əlaqədar olaraq, iyulun 4-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17:00 və 21:40-da, Sumqayıtdan isə saat 17:50-də və 20:30-da yola düşən elektrik qatarları təyin edilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından məlumat əldə etmək mümkündür.