Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu şəhərdə mənə doğma kimsə var...

Bakı, 5 may, AZƏRTAC

-Başlıca məqsədimiz ölkəmizi Birləşmiş Ştatlarda tanıtmaq, əməkdaşlıq əlaqələrini genişləndirmək, milli-mədəni dəyərləri təbliğ etməkdən ibarətdir. Digər tərəfdən Amerikada olan soydaşlarımızı bir təşkilat daxilində birləşdirərək, onların əlaqələrini yaratmaq və müəyyən məsələlərdə işbirliyinə nail olmaq istəyirik. Həm də təkcə orada yaşayan yox, doğma Azərbaycanda olan həmkarlarımıza kömək etmək, onların yüksək ixtisaslı və peşəkar kadr kimi püxtələşməsi, təbabətin ən müasir və qabaqcıl yenilik və üsullarından xəbərdar olmasına çalışmaq da bizim məqsədlərimiz arasındadır, - deyə Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri Rauf Şahbazov söhbət açır.

Bu günlərdə Bakıda olan Rauf həkim AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən daha sonra əlavə edib: “Bizim Assosiasiya ölkəmizdə olan bəzi xəstələrin daha keyfiyyətli müalicə alması və mütərəqqi üsullarla sağlamlığa qovuşmasını da özünün tədbirləri planına daxil edib. Bu işdə burada olan indiki və gələcək həmkarlarımızın köməyinə bel bağlayırıq. Bunun üçün müasir tələblərə cavab verən tibb kadrlarının hazırlanmasına ehtiyac var. ABŞ-da mütəxəssis hazırlanması uzun və zəhmət tələb edən silsilə imtahan və təlimlərdən keçir. Təşkilatımız bunu nəzərə alaraq Azərbaycanda olan həmkarlarımıza dəstək vermək niyyətindədir və bu sahədə ictimai dəstək, təhsil əlaqələri və digər proqramlarımız var. Biz professional karyerasının müxtəlif mərhələlərində olan tibb mütəxəssislərinə dəstək və yol göstərməyi də planlaşdırırıq”.

47 yaşlı həmyerlimizin zəngin və maraqlı həyat yolu var. Qubadlı rayonunun Tarovlu kəndində dünyaya göz açan Rauf Bakıdakı 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirəndən sonra bir müddət Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib. Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib. Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib. 2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib. 2012-ci ildən Dallas şəhərindəki Beylor klinikasında həkimlik fəaliyyətini davam etdirən Rauf Şahbazov üç il sonra Virciniya ştatındakı Universitet Xəstəxanasında çalışmağa başlayıb.

Transplant cərrah kimi iki ildir ki, həmin xəstəxanada fəaliyyət göstərən həmyerlimiz keçən ildən Birləşmiş Ştatlarda ictimai fəaliyyətlə də məşğul olur. O, okeanın o tayında işləyən həmkarlarını öz ətrafına toplamağa başlayıb. Rauf həkimin verdiyi məlumata görə, Amerikada həkimlik fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin sayı çox deyil, təxminən 20-30 nəfər həddindədir. İlk növbədə öz həmkarlarını yeni yaradılmış assosiasiyaya üzv qəbul etsə də, təşkilatın qapısı orada yaşayan digər soydaşlarımızın üzünə də açıqdır.

Həkim-cərrah Rauf Şahbazov qaraciyər transplantasiyaları sahəsində elmi axtarışlarını davam etdirir. Dünyanın ən məşhur klinikalarında işləmiş həmyerlimiz son illər ölkəmizdə səhiyyə sahəsində böyük yeniliklər olduğunu söyləyir: “Bakıda üz tutduğum yeni açılan müasir tibb ocaqları Azərbaycan səhiyyəsinin uğurlu inkişafından xəbər verir. Lakin bir sıra ölkələrdə olduğu kimi, burada da tibbi sığortanın tətbiqi çox yaxşı olardı. Xəstələrə qulluq, həkim-xəstə münasibətləri sahəsində hələ öyrənilməli və tətbiq edilməli xeyli məsələlər var. Həmin məsələlər də öz həllini tapandan sonra səhiyyə daha yüksək səviyyəyə çıxa bilər".

Tibb üzrə fəlsəfə doktoru Rauf Şahbazovun ABŞ-ın Virciniya ştatında çalışdığı xəstəxanada onunla bir yerdə Firudin Azəri adli soydaşımız da çalışır. O, ilkin təhsilini Bakida alsa da, 14 yaşında Azərbaycandan Şimali Amerikaya köçərək ali təhsil aldığı Corc Meyson Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra o, Amerikanın nüfuzlu tibb təhsili ocaqlarından olan Virciniya Universitetində təhsil alıb. O, bu yaxınlarda ABŞ-ın ən məşhur klinikalarınadan olan Pensilvaniya Universitet Xəstəxanasında cərrahiyyə təlimləri alacaq. Firudin Azəri yeni təşkilatlanmağa başlayan Azərbaycan-Amerika Tibb Assosiasiyasının vitse-prezidentidir. Onlar rəhbərlik etdikləri assosiasiya vasitəsilə okeanın o tayında işləyən Azərbaycan həkimləri ilə əlaqə yaradacaqlarını və dünyanın ən inkişaf etmiş ölkəsində işləmək arzusunda olan həmkarlarının arzusunu gercəkləşdirməkdə onlara yardımçı olacaqlarını güman edirlər.

Bəzən ən adi bir xatirə, ən kiçik bir hadisə insanlar, ölkələr, qitələr arasında bağlantı yaradır və sonralar həmin bağlantı yaxınlığa və doğmalığa çevrilir. İndiki halda ABŞ-ın Virciniya ştatındakı Şarlottesville şəhəri ilə bizi doğmalaşdıran qaraciyər transplantasiyası sahəsində istedadlı cərrah Rauf Şahbazov və onun millət, xalq, Vətən təəssübkeşliyi ilə təsis etdiyi Azərbaycan-Amerika Tibb Assosiasiyasıdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY

Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub

“Neftçi” lüksemburqlu futbolçu ilə yollarını ayırıb

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb - AÇIQLAMA

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

İyulda manatla pul kütləsi 8,5 faiz artıb

Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ən intizamlı komandası olub

Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib

Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

Azərbaycan-Özbəkistan əməkdaşlığı gələcəyin enerji xəritəsini formalaşdırır ŞƏRH

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi açılıb

Bankların cəmi aktivləri artıb

Azərbaycan boks millisi Avropa çempionatına Gürcüstanda hazırlaşacaq

Bu saata olan əsas xəbərlər  

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin bütün məzunları tələbə adını qazanıb

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidir

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Çin lideri Si Cinpin Qırğızıstana və Misirə səfər edəcək

UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

Azərbaycanın sənayeçilər assosiasiyası Tacikistan müəssisələri ilə əməkdaşlıq edəcək

Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub

Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

Şəfa Əliyeva: Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet elmi əməkdaşlıq üçün mühüm platformadır

® “Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

Arpaçay su anbarı ilə bu il Naxçıvanda 14 min hektardan çox əkin sahəsi suvarılacaq - Açıqlama

Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var VİDEO

Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var VİDEO

Misin qiyməti rekord həddə yaxınlaşır

Türkiyədə BMT-nin iqlim diplomatiyası təcrübədən keçiriləcək

Professor İlham Məmmədzadə: Kokand Universiteti ilə birgə beynəlxalq konfrans planlaşdırılır

Ötən gün 73 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

Yanvar-iyul aylarında “Könüllü DOST” proqramına 881 şəxs cəlb olunub

Fövqəladə hallar naziri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvanda şəhid və qazi övladları üçün sosial təlim proqramı təşkil olunacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Belçika ilə üz-üzə gələcək

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri - Azərbaycan muğamı

Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib

Bu gün Laçın Şəhəri Günüdür

ABŞ-də "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

ABŞ strateji bombardmançı təyyarələrin modernləşdirilməsinə yüz milyonlarla dollar xərcləyəcək

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir

“Axios”: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır

“Heart Aerospace”dən uğurlu sınaq – 27 dəqiqəlik uçuşa 5 dollarlıq enerji sərf olundu

Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib