Avropa çempionatı: Azərbaycanın voleybol millisi Belçika ilə üz-üzə gələcək
Bakı, 26 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin IV turunda Belçika ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Günün digər matçında İspaniya və Portuqaliya komandaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da start götürəcək.
Üç oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]