Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb
Bakı, 26 avqust, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8,9 faiz artaraq 22 milyon 785 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb. Bu ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4 faiz, POS-terminalların sayı 12,1 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [12:57]
Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub
- 26.08.2026 [12:43]
Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib
- 26.08.2026 [12:32]
İyulda manatla pul kütləsi 8,5 faiz artıb
- 26.08.2026 [12:26]
Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib
- 26.08.2026 [12:03]
Bankların cəmi aktivləri artıb
- 26.08.2026 [11:21]
“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Laçın Şəhəri Günüdür
- [08:30]
ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək
- 25.08.2026 [23:59]
Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
- 25.08.2026 [23:42]
Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib
- 25.08.2026 [23:05]
Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ
- 25.08.2026 [22:34]
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
- 25.08.2026 [21:13]
Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən
- 25.08.2026 [21:11]
Bu saata olan əsas xəbərlər
- 25.08.2026 [20:00]
“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub
- 25.08.2026 [19:55]