“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
Bakı, 26 avqust, AZƏRTAC
“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. “Bayquşlar” “Qarabağ”dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]