Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçlə görüşüb.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüşdə ölkəmizdə voleybolun inkişafı və keçirilən beynəlxalq yarışlar, Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.