Budapeştdə yeni mənzillərin satış həcmi azalır
Budapeşt, 5 sentyabr, AZƏRTAC
2019-cu ilin birinci yarısında Budapeştdə 3 mindən az yeni mənzil satılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisinin dörddəbiri qədər azdır.
AZƏRTAC “Magyar Hírlap” nəşrinə istinadla xəbər verir ki, bu azalmanın nəticələri ilin yekunlarına əsasən qabarıq görünməsə də, artıq belə bir məsələ aydındır ki, əvvəlki dinamik artma sona çatıb.
Hazırda Budapeştdə yeni tikilmiş binalarda hazırlıq dərəcəsi müxtəlif olan 7,2 min mənzil var. Mənzillərin çoxu - 1,5 mini XIII rayonda, 1,3 min XI rayonda yerləşir. XXIII rayonda daha az yeni mənzil satılır: cəmi 12 mənzil.
2019-cu ildə yeni binalarda mənzil satışı üzrə əqdlərin ümumi sayı təqribən 12,7 min təşkil edəcək. Lakin gələcəkdə onların sayı iki dəfə azala bilər. Bundan əlavə, tikinti xərclərinin artmasına görə mənzillərin qiymətinin bahalaşması gözlənilir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]