İQTİSADİYYAT
Bülbülə qəsəbəsində Samir Əliyev küçəsi təmir olunur
Bakı, 9 iyun, AZƏRTAC
Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Bülbülə qəsəbəsində Samir Əliyev küçəsinin təmir işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 600 metr, eni ortalama 6,5 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Əmircan qəsəbəsinin 650 metr uzunluğa malik Atamoğlan Rzayev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib.