Burkina-Faso fransız dilindəki himndən imtina edib
Bakı, 8 iyul, AZƏRTAC
Burkina-Fasoda Fransadan uzaqlaşmaq üçün daha bir addım atılıb.
AZƏRTAC Burkina-Fasonun rəsmi mediasına istinadla xəbər verir ki, ölkənin fransız dilində olan himni (Ditanyè) 14 yerli dilə tərcümə edilib. Qərarı Nazirlər Şurası qəbul edib.
Bundan sonra himn yalnız yerli dillərdə səsləndiriləcək.
Qeyd edək ki, Burkina-Fasoda 80-dən çox Afrika dilində danışılsa da, 1974-cü il Konstitusiyada 4 əsas dil təsbit edilib. 2023-cü ilin dekabrında konstitusiyaya edilən dəyişikliklə fransız dilinin statusu rəsmi dildən işçi dil səviyyəsinə endirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]