BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLARA ERMƏNİLƏRİN XOCALIDA TÖRƏTDİKLƏRİ DƏHŞƏTLİ QƏTLLƏR BARƏDƏ GENİŞ MƏLUMAT VERİLMƏLİDİR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi (İB) “Soyqırımına kimlər məruz qalıb: Türklər, yoxsa ermənilər?” mövzusunda dəyirmi masa” keçirmişdir.
İB-nin sədri Şamil Sabiroğlu bildirmişdir ki, erməni daşnakları zaman-zaman ərzilərimizə təcavüz etmiş, dinc sakinləri vəhşicəsinə qətlə yetirmiş, əsir və girov götürmüşlər. Təkcə XIX-XX əsrlərdə 2,5 milyondan artıq anadolu və azəri türkü bu mənfur siyasətin qurbanı olmuşdur.
Natiq demişdir ki, 1915-ci il aprelin 24-də Anadolu türkləri tərəfindən soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər xarici ölkələrdəki diaspor təşkilatlarının köməyi ilə bəzi dövlətlərin parlamentləri tərəfindən üzdəniraq “soyqırımın” tanıtdırılmasına çalışırlar.
Ş.Sabiroğlu vurğulamışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdu. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törətmişdilər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı.
Bildirilmişdir ki, həmin gecədə erməni daşnakları 613 nəfərin, o cümlədən 106 qadının və 63 uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə məhv etmişlər. Xocalı şəhərinin heç bir təqsiri olmayan 1275 sakini - qocalar, uşaqlar və qadınlar girov götürülmüş, bu insanlar ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyildir.
Dəyirmi masada çıxış edən digər natiqlər söyləmişlər ki, ermənilər zaman-zaman öz etdikləri pislikləri, dəhşətli qətlləri türklərin üzərinə yıxmışlar. Amma tarix heç vaxt pislikləri unutmur və gec də olsa hər bir həqiqət öz yerini tapır. Artıq bu gün dünya xalqları ermənilərin nə qədər yalançı və riyakar olduqlarını bilir və onların yalanlarına inanmırlar.
Tədbirdə ermənilərin Türkiyədə və Azərbaycanda törətdilkəri dəhşətli qətlləri əks etdirən videofilm nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]