Bütün maliyyə mənbələrindən əsas kapitala 13,1 milyard manat vəsait yönəldilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında inşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13,1 milyard manat həcmində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz çox vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, vəsaitin 4,9 milyard manatı (37,1 faizi) qeyri-dövlət bölməsinə, 8,2 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur.
Ümumi vəsaitin 66,7 faizini və ya 8,7 milyard manatı tikinti - quraşdırma işlərinə sərf olunmuşdur. İstifadə edilmiş vəsaitin 51,1 faizi və ya 6,7 milyard manatı məhsul istehsalı obyektlərin inşasına yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 9,7 milyard manatını daxili, 3,4 milyard manatını isə xarici vəsait təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]