CAR-da məktəbin döşəməsinin çökməsi nəticəsində 3 şagird ölüb
Bakı, 1 fevral, AZƏRTAC
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqda məktəbin döşəməsinin çökməsi nəticəsində 3 şagirdin öldüyü, 21 nəfərin isə yaralandığı bildirilir.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, CAR-ın təhsil naziri Panyaza Lesufi yaralanan 21 məktəblinin paytaxtın müxtəlif xəstəxanalarına çatdırıldığını, onlardan bəzilərinin vəziyyətinin ağır olduğunu deyib. Məktəbin rəhbərliyi ölən və yaralanan şagirdlər haqqında operativ məlumat vermək üçün valideynləri hadisə yerinə çağırıb.
Təhsil naziri əlavə edib ki, insidentdən sonra 1000 şagirdin təhsil aldığı məktəbin fəaliyyəti təhlükəsizlik məqsədilə dayandırılıb.
Şəhərin hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]