CAVİDİ ANMA MƏRASİMİ
Muxtar Respublika Ali Məclisinin MR Yazıçılar Birliyi ilə birgə keçirdiyi bu mərasimdə yazıçı və şairlər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Ali Məclis sədrinin müavini Zahid Əzimov, Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Həşimli şairin həyatı və yaradıcılığı barədə məruzə etmişlər.
Mərasimdə vurğulanmışdır ki, şairin nəşinin uzaq Sibirdən, həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun cənazələrinin qalıqlarının Bakıdan və Naxçıvan şəhər qəbiristanlığından gətirilib bu məqbərədə bir yerdə dəfn olunmasında Prezident Heydər Əliyevin tarixi xidməti heç vaxt unudulmayacaqdır.
Mərasimdə şair Elman Həbib böyük Cavidə həsr etdiyi şerini oxumuş, Naxçıvan Dram Teatrı aktyorlarının ifasında “İblis” pyesindən parçalar göstərilmiş, şerlər səslənmişdir.
Mərasim iştirakçıları Hüseyn Cavidin ev muzeyini də ziyarət etmişlər.