Cəbrayıl rayonu ərazisində polis postları qurulub və təhlükəsizliyə tam nəzarət edilir
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Cəbrayıl rayonunun ərazisində rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirirlər. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam nəzarət edilir.