“CƏLALƏDDİN RUMİ VƏ ŞƏMS TƏBRİZİ” TABLOSUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Muzeyin direktoru, filologiya elmləri doktoru, professor Rəfael Hüseynov bildirmişdir ki, Nizami müzeyində XIII əsrə aid eksponatlar nisbətən azlıq təşkil edir. Bəzən bunu həmin əsrdə yaşayıb-yaradan sənətkarlarımızın az olması ilə əlaqələndirirlər. Amma son tədqiqatlar bunun əksini sübut edir. Konya şəhərinin fonunda təsvir edilən Cəlaləddin Ruminin və Şəms Təbrizinin yaradıcılığı klassik Şərq ədəbiyyatının inkişafına əhəmiyyətli təsir göstərmişdir. Onların Konyada görüşü, dost olmaları hər ikisinin yaradıcılığında böyük rol oynamışdır. Bu dostluğu əziz tutan Mövlanə Cəlaləddin Rumi “Şəms” təxəllüsü ilə bütöv bir divan yaratmışdır.
R.Hüseynov bu əsəri Nizami muzeyinə təqdim etdiyinə görə müəllifə və maliyyə dəstəyi üçün “Barmek-Azərbaycan” şirkətinin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.
Lənkəran Dövlət Universitetinin müəllimi Səfər Şirinov Ruminin məsnəvilərindən etdiyi tərcümələri oxumuşdur.