CƏLİLABADDAN GƏTİRİLMİŞ QUŞ LEŞLƏRİNİN MÜAYİNƏSİNİN NƏTİCƏSİ NOYABRIN 9-DA MƏLUM OLACAQDIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qurumun mütəxəssisləri dərhal həmin ərazidə olmuş və ölmüş quşlardan müayinə üçün patoloji nümunələr götürmüşlər. Kliniki əlamətlərdən və ilkin patoloji müayinədən aydın olmuşdur ki, quşlar kokk mənşəli infeksiyalar və kolibakterioz xəstəliyi üzündən tələf olmuşdur.
Qeyd edilməlidir ki, belə tələfat hallarının “quş qripi” və Nyukasl xəstəliyi ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, götürülmüş nümunələr Respublika Baytarlıq Laboratoriyasında daha dəqiq və etibarlı şəkildə müayinə edilməkdədir. Müayinələrin nəticəsi noyabrın 9-da məlum olacaqdır.
Dövlət Baytarlıq Xidməti onu da bildirir ki, bu günə kimi ölkəmizdə “quş qripi” virusu xəstəliyinə təsadüf edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]