CƏMİYYƏTDƏ QADINLARIN ROLU MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Martın 11-də Yeni Azərbaycan Partiyasının qərargahında ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Uels Milli Assambleyasının üzvü Kristin Çapman Milli Məclisin bir qrup qadın deputatı ilə görüşmüşdür. YAP icra katibinin müavini, deputat Bahar Muradova təmsil olundugu partiyanın sıralarındakı qadınlar barədə məlumat verərək demişdir ki, YAP üzvlərinin 129.900 nəfərini qadınlar təşkil edir. YAP-ın seçkili orqanlarında 54 min qadın təmsil olunur. Partiyanın Siyasi Şurasında 12, İdarə heyətində isə iki qadın vardır. Parlamentdə 13 qadın deputatdan 8-i YAP-ın üzvüdür. YAP-in üzvü olan 14 qadın icra orqanlarında rəhbər vəzifələrdə çalışır. Bu uğurlar partiyanın sədri, Prezidenti Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.
Kristin Çapman Böyük Britaniya parlamentində yaradılmasında qadınların rolundan, Uelsdə yaşayan qadınların siyasi fəaliyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan - İngiltərə əlaqələrinin inkişafında və möhkəmlənməsində qadınlar mühüm rol oynayırlar. Amma qadın təşkilatları arasında əlaqələrin inkişafı hələ istənilən səviyyəyə çatmadığı üçün müəyyən problemlər mövcuddur.
Görüşdə Milli Məclisin deputatları Məlahət Həsənova və Gülər Əhmədova istirak etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]