Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı plenar sessiyalarla davam edib

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər - Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyalarla davam edib.

AZƏRTAC xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəldiyini deyən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqlədi.

“2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub”, - deyə nazir əlavə edib.

Energetika naziri bildirib ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər: “Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq”.

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi bildirib: “Enerji təhlükəsizliyinin təminatı enerji keçidi dövründə prioritet olaraq qalacaq. Ona görə də Azərbaycanla strateji tərəfdaşlıq mühümdür. Azərbaycana nəinki mühüm etibarlı tərəfdaş olmasına, həm də enerji təhlükəsizliyində fəal roluna görə təşəkkür edirəm”.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib: “Cənub Qaz Dəhlizinin reallaşması və kommersiya qazının Avropaya nəqli mühüm addımdır. Dəhliz vasitəsilə nəql olunacaq qazın həcmini artırmaq üçün bizə əlavə ehtiyatlar və əlavə resurs ölkələri lazımdır. Bu baxımdan biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazırıq”.

ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokştayn Birləşmiş Ştatların Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri təqdir etdiyini bildirib: “Çox şadıq ki, Cənub Qaz Dəhlizi vaxtında həyata keçirilib. Bu gün bu dəhlizin əhəmiyyəti daha yaxşı qavranılır. Layihə nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün vacib layihədir. Biz bu layihəyə dəstək verdiyimizə görə məmnunuq”.

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris deyib ki, bu dəhliz Gürcüstan, Türkiyə və bütün Avropadakı tərəfdaşlar üçün sabit və etibarlı təchizatçıdır. Azərbaycan kimi karbohidrogen sənayesində fərqlənən ölkələr və şirkətlər xalis sıfır emissiyası dövrünün də seçilən ölkələr sırasına daxil olmaq üçün ideal imkanlara malikdir”.

İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Gava isə bildirib ki, təbii qaz enerji keçidi üçün əvəzolunmaz resursdur. “Son aylarda İtaliyadan başlayaraq bir çox Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına ciddi meydan oxuyan qiymət dalğalanmaları Cənub Qaz Dəhlizi kimi infrastrukturların strateji əhəmiyyətini vurğuladı. Dəhlizdə iştirak edən ölkələr arasında koordinasiya sayəsində biz bütün tərəflərin ehtiyaclarını tarazlaşdırırıq və Avropanın enerji təhlükəsizliyinə zəmanət veririk ki, bu da vacib məsələlərdən biridir”.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze bu fikirləri səsləndirib: “Biz Cənub Qaz Dəhlizinin potensialının maksimum inkişaf imkanını gözləyirik. Bu baxımdan Xəzər və Mərkəzi Asiya enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması mühüm əhəmiyyət kəsb edir”.

Türkmənistanın “Türkmənqaz” Dövlət Konserninin sədr müavini Atamyrat Charyyev bildirib ki, Türkmənistan Şərqi Avropa bazarının tələbatını ödəmək üçün lazım olan həcmlərdə qərb istiqamətində də təbii qaz ixracını təmin etmək üçün texniki imkan və resurs bazasına malikdir. Biz əminik ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinə əvəzsiz töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz kəməridir”.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Cənub Qaz Dəhlizinin Bolqarıstan və Cənub-Şərqi Avropa üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “Bolqarıstanın strateji tərəfdaşı olan Azərbaycandan sabit və şaxələndirilmiş təchizatın həyata keçirilməsi enerji qiymətlərinin yüksək dəyişkənliyinin iqtisadiyyata və cəmiyyətə mənfi təsirlərini azaltmaq üçün şərtdir. Bu kontekstdə Bolqarıstan Azərbaycandan təchizatın artırılmasında maraqlıdır. Bir ildən çoxdur ki, Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstana müntəzəm olaraq təbii qaz tədarük olunur”.

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin energetika və ətraf mühit üzrə baş katibi Aleksandra Sdoukou isə deyib ki, Yunanıstan bu illər ərzində Trans-Adriatik Boru Kəmərini inkişaf etdirmək səyləri ilə fəxr edir: “Bu da öz növbəsində Cənub-Şərqi Avropada sözügedən infrastrukturun inkişafına kömək edir. Biz mövcud qaz kəməri sistemlərində bərpa olunan qazların və hidrogenin istifadəsi, eləcə də yeni xüsusi infrastrukturların yaradılması üzrə səyləri və planları dəstəkləyirik və bu gün buradakı bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib ki, Albaniya enerji təchizatının təhlükəsizliyi və yerli tələbatın qarşılanması ilə bağlı ciddi problemlərlə üzləşir. “Qazın digər fosil yanacaq mənbələri ilə müqayisədə daha təmiz enerji mənbəyi olduğunu nəzərə alaraq qaz sektorunun inkişafı gündəliyimizdə mühüm yer tutur. Cənub Qaz Dəhlizi Albaniya, eləcə də enerji mənzərəsinin yaxın və uzunmüddətli gələcəyi üçün çox mühüm alternativdir. Biz bu yenilikləri tam dəstəkləyəcək, ortaq plan və layihələrimizin icrasına sadiq qalacağıq”.

Serbiyanın Baş nazirinin müavini, mədənçilik və energetika naziri Zorana Mixayloviç mövqeyini belə ifadə edib: “Fevralın 1-də tikintisinə başladığımız və 2023-cü ildə istismara veriləcək Bolqarıstan-Serbiya qaz interkonnektoru bizə Xəzər regionundan, Cənub Qaz Dəhlizi qaz kəmərindən və bir sıra digər mənbələrdən təchizatçılarla əlaqə yaratmağa imkan verəcək. Bununla da, təkcə Serbiyanın deyil, o cümlədən bütün regionun enerji təhlükəsizliyinə yüksək səviyyədə töhfə veriləcək”.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib: “Biz keçid dövründə yaşıl hədəflərimizə çatmaq üçün təbii qaza təchizatın təhlükəsizliyinin təmini məqsədilə ən yaxşı həll yolu kimi baxmalıyıq. Hazırda Mərkəzi Avropada enerji mənbələrinin şaxələndirilməsi imkanlarına baxdıqda görürük ki, buna nail olmaq üçün ən müvafiq, ən real mənbə Azərbaycan qazıdır”.

Rumıniyanın energetika naziri Vircil Daniel Popesku ölkəsinin Cənub Qaz Dəhlizinin Balkanlar və Mərkəzi Avropa istiqamətində genişləndirilməsi planına Rumıniya-Bolqarıstan İnterkonnektoru və BRUA layihəsinin daxil edilməsini bir daha təklif etdiyini açıqlayıb: “Regiondakı əksər dövlətlərin Azərbaycan qazına çıxış əldə etməkdə marağının artması Cənub Qaz Dəhlizinin inkişafını davam etdirmək üçün böyük imkan yaradır və bu imkanı əldən qaçırmaq olmaz. Biz Avropanın enerji təminatının sabitliyi üçün böyük əhəmiyyət kəsb edən strateji qaz nəqliyyatı infrastrukturu olan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək cəhdlərinə qoşulmağa hazırıq”.

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunun sözlərinə görə, enerji böhranı qarşısında heç bir ölkə tək qalmamalıdır: “Güclü Avropa tərəfdaşlığı qurulmalıdır. Əsas məqsəd hər kəs üçün dayanıqlı, etibarlı, çoxşaxəli mənbələrdən və münasib qiymətə enerjinin əldə edilməsinə nail olmaqdır”.

Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi qeyd edib ki, ölkənin qazlaşdırılması iqtisadiyyat üçün həlledici əhəmiyyət kəsb edir. “Şimali Makedoniyada qaz kəməri sisteminin tikintisi üzrə işlər davam etdirilir. Cari ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək Yunanıstanla qaz bağlantısı üçün interkonnektorun tikintisinə başlanması planlaşdırılır. Biz artıq şimal qonşumuz Serbiya ilə qaz bağlantısı üçün interkonnektorun tikintisi layihələrini tamamlamaq üzərində işləyirik. Bundan əlavə Bolqarıstan və Albaniya ilə qaz bağlantısı üçün interkonnektorların tikintisi də nəzərdə tutulub”.

Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Dmitri Berejnoy Cənub Qaz Dəhlizini Avropanın enerji təminatı üçün böyük uğur hesab edib.

Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin Dövlət katibi Marko Perunovic deyib: “Enerji keçidi prosesini düzgün şəkildə həyata keçirmək üçün biz diqqətimizi dayanıqlı təbii qaz təchizatını təmin etməyə yönəltməliyik. Biz Cənub Qaz Dəhlizi və İon Adriatik Boru Kəməri layihəsinin inkişafı üçün əməkdaşlığa açığıq”.

Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Ljiljana Lovric və Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç İon-Adriatik Boru Kəməri layihəsinin bu ölkələrdə qaz sektorunun inkişafını təşviq edəcəyini qeyd ediblər.

Həmçinin bu sessiyada BP, TANAP, TAP AG, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR-ın layihə üzrə hesabatları təqdim edilib.

Enerji keçidi məsələlərinə həsr olunmuş ikinci sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Sessiyada Avropa İttifaqının Enerji Direktorluğu, BP, “ACWA Power” “Masdar”,“TotalEnergies”, “Eguinor” və SOCAR-ın təmiz enerjiyə keçid, karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr və bərpa olunan enerji üzrə əməkdaşlığa dair çıxışları dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır