Cənubi azərbaycanlı tədqiqatçılar düşməndən azad olunan Füzuli rayonuna gəliblər FOTO
Füzuli, 29 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçıların işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərindən sonra Füzuli rayonuna səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Ermənistan silahlı qüvvələrinin Füzulidə törətdiyi vəhşiliklərlə, eləcə də Füzuli işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən inşa olunmuş beynəlxalq hava limanı ilə tanış olacaqlar.