Cənubi Koreya hərbçiləri KXDR-də “nüvə aktivliyi” qeydə alıb
Bakı, 19 mart, AZƏRTAC
Cənubi Koreyalı hərbçilər KXDR-də nüvə proqramı ilə bağlı aktivlik qeydə alıb.
AZƏRTAC KBS telekanalına istinadla xəbər verir ki, bunu Koreya Respublikasının milli müdafiə naziri Çon Gyon Du müdafiə məsələləri üzrə parlament komitəsinin martın 18-də keçirilən iclasında deyib.
İclasda, həmçinin Müdafiə Nazirliyinin KXDR üzrə siyasət departamentinin rəhbəri Kim Do Gyün də çıxış edib. O, son zamanlar Pxenyanın iki ölkə sərhədində təsadüfi toqquşmaların qarşısının alınması üzrə ötən il qəbul edilən hərbi sazişin şərtlərini dəfələrlə pozduğunu bildirib.
Onun sözlərinə görə, insidentlərin əksəriyyəti Şimal təmas xəttində qeydə alınıb. Kim Do Gyün müvafiq tədbirlərin görülməsi barədə dəfələrlə Pxenyana rəsmi nota göndərildiyini, lakin bir dəfə də olsun cavab almadıqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]