Cənubi Koreyada zavod yanıb, ölən və yaralananlar var
Bakı, 24 iyun, AZƏRTAC
Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğında bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yanğın paytaxt Seuldan təxminən 45 kilometr cənubda yerləşən Hvasonqdakı zavodda yerli vaxtla saat 10:31-də baş verib.
Ölü və yaralı sayının artması istisna olunmur. Belə ki, ilkin məlumata görə, 19 işçi zavodun içərisində bloklanmış vəziyyətdə qalıb. Hadisə yerinə 145 yanğınsöndürən və 50-dən çox texnika səfərbər olunub. Zavoddakı çoxsaylı litium batareyalarının alovunu söndürmək çətin olduğundan yanğının hələ də davam etdiyi bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]