Cənubi koreyalı jurnalistlər KXDR-in nüvə poliqonunun sökülməsi prosesini işıqlandıracaq
Bakı, 23 may, AZƏRTAC
Cənubi koreyalı jurnalistlər qrupu KXDR-in sahilyanı Vonsan şəhərinə gəlib. Mətbuat nümayəndələri oradan “Punqeri” nüvə poliqonunun bağlanması mərasiminə yollanacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının informasiya agentliyini təmsil edən dörd müxbir və dörd televiziya jurnalisti Böyük Britaniya, Rusiya, Çin və ABŞ-dan olan həmkarları ilə birgə nüvə poliqonunun sökülməsi prosesini işıqlandıracaq. Şimali Koreya bir qədər əvvəl onlara viza verməkdən imtina etmişdi.
Bir müddət əvvəl Pxenyan may ayının sonlarında “Punqeri” nüvə poliqonunun işinə son verəcəyini bildirmişdi. KXDR nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözləri qarşısında partladılacağını qeyd etmişdi.
Xatırladaq ki, KXDR lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarını dayandırdığını elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]