Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqaz: geosiyasi reallığın iki aspekti

Cənubi Qafqaz: geosiyasi reallığın iki aspekti

Son zamanlar dünyanın böyük gücləri arasında geosiyasi mübarizənin daha da kəskinləşdiyi haqqında müxtəlif informasiyalar yayılır. O cümlədən ABŞ, Rusiya və İran arasında çəkişmələr güclənib. Bu, daha çox Yaxın Şərqdə hiss edilir. Konkret olaraq Suriya məsələsində həmin dövlətlər daha sərt mövqe nümayiş etdirirlər. Son olaraq BMT Baş Assambleyasının 73-cü sessiyasında ABŞ və İran prezidentləri bir-biri haqqında çox sərt ifadələr işlətdilər. Bunun ardınca İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədildi. Bu kimi qorxulu proseslərin fonunda Cənubi Qafqazda da hadisələrin gedişatı sürətlənib. Türkiyə və Rusiya prezidentləri Azərbaycana səfər etdilər. Nyu-Yorkda N.Paşinyanla H.Ruhani görüşdü. Gürcüstan Rusiyanı qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırdı və s. Bütün bunların kontekstində Cənubi Qafqazda geosiyasi proseslərin başlıca əlamətləri hansılardır? Bu suala cavab üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Fəallaşan güclər: qlobal və regional proseslər prizmasından

Cənubi Qafqaz qlobal geosiyasi oyunçuların maraq dairəsindən uzaqlaşmayıb. Əksinə, son dövrlərdə bu subregionla bağlı diqqəti çəkən proseslərə start verilib. Onları bir cümlə ilə belə xarakterizə etmək olar - Cənubi Qafqazla bağlı mübarizənin intensivliyi yeni səviyyəyə yüksəlib. Bu prosesdə yerli dövlətlərin hər birinin öz mövqeyi də özünü göstərir. Belə təəssürat yaranır ki, Cənubi Qafqazda geosiyasi dinamika getdikcə daha mürəkkəb xarakter ala bilər. Bu qənaət bir tərəfdən qlobal səviyyədə Qərb-İran-Rusiya çərçivəsində münasibətlərin daha da gərginləşməsindən, digər tərəfdən isə Ermənistanın hələ də qeyri-müəyyən və qeyri-konstruktiv xarici siyasət kursu yeritməsindən qaynaqlanır.

Belə görünür ki, İran məsələsi vurğulanan kontekstdə region üçün daha həssas məqama gəlməkdədir. ABŞ prezidenti BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında açıq bəyan etdi ki, Tehrana qarşı ən sərt tədbirlərə əl ata bilərlər. Səbəbi odur ki, İran həm nüvə silahı istehsal etmək niyyətindən əl çəkmir, həm də Yaxın Şərqdə Amerika və İsrailin maraqlarına zidd olan addımlar atır. Həmin sırada D.Tramp xüsusi xəbərdarlıq etdi: əgər İran ABŞ-a və onun Yaxın Şərqdəki müttəfiqlərinə (əsasən İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri nəzərdə tutulur - müəllif.) hansısa təhlükə yaradarsa, dərhal "qiyamət qopacaq".

Bu hədələrin fonunda İranın cənubunda yerləşən Əhvaz şəhərində törədilən terror aktı daha qorxulu ssenarilərin mövcud ola biləcəyi fikrini ağıllara gətirdi. İran xüsusi xidmət orqanları dərhal bəyanat verdilər ki, bu hadisənin arxasında ABŞ, İsrail və onların Yaxın Şərqdəki müttəfiqləri dayanır. Çox keçmədi ki, konkret ad da çəkildi - bu terroru Suriyada Səudiyyə Ərəbistanının dəstəklədiyi radikal qrup həyata keçirib.

Bundan bir neçə gün sonra KİV yeni məlumat yaydı. İran Suriyada Fərat çayının şərq hissəsində yerləşən radikal qruplara raket zərbələri endirib. Çoxlu sayda silahlı həlak olub. Tehran bəyan etdi ki, zərbə Əhvazda terror aktı törədən qrupa endirilib. Ekspertlər buna Amerika və İsrailin cavab verəcəyi qənaətindədirlər. Bununla Yaxın Şərqdə geosiyasi gərginliyin daha da artması gözləniləndir.

Həmin tendensiyanın fonunda İran və Rusiyanın Cənubi Qafqazda da fəallaşması hiss edilir. Ermənistan mətbuatı BMT-nin 73-cü sessiyası çərçivəsində N.Paşinyanla H.Ruhaninin görüşünü xüsusi təntənə ilə şərh etməyə çalışır. Guya tərəflər əməkdaşlığı gücləndirməkdə çox maraqlıdırlar. N.Paşinyanı isə Tehranda çoxdan gözləyirlərmiş.

Əslində isə real vəziyyət başqa cürdür. Bəli, Tehran istərdi ki, Qərbin təzyiqləri və sanksiyaları fonunda İrəvan onunla əlaqələri genişləndirsin. Lakin Ermənistan hakimiyyəti üçün dost yoxdur və faktiki olaraq müstəqil qərar qəbul edə bilməz. Məsələ həm də onunla bağlıdır ki, N.Paşinyan Qərbin mərhəmətini qazanmaq arzusundadır. İranla hər hansı yaxınlaşma onun bu istiqamətdəki yolunu bağlayır. Bu səbəbdən N.Paşinyan iki ay bundan əvvəl bəyan etdiyi İrana səfərini hələ də reallaşdıra bilmir. Deməli, İrəvan Tehranla çirkli geosiyasi oyun aparmaq yolunu tutub.

Digər yandan, Rusiya İran-Ermənistan münasibətlərinin müəyyən çərçivəni keçməsini istəmir. Xüsusilə enerji sahəsində onların əməkdaşlığına qısqanclıqla yanaşır. İran üçün Ermənistan əsas olaraq enerji marşrutu kimi lazımdır. Ancaq illərdir ki, "Qazprom" Tehranın bu arzusunu gözündə qoyur. Bu maneəni N.Paşinyanın aşa biləcəyi ehtimalı sıfırdır.

Konstruktivlik və dağıdıcılıq: Bakı ilə İrəvanı fərqləndirən iki cəhət

Nəhayət, İrəvanın İranla əlaqələrə antitürk isterikası kontekstində məzmun verməyə çalışması onu həmişə fiaskoya uğradır. Erməni ekspertlər BMT-nin 73-cü sessiyasında Paşinyan-Ruhani müzakirələrini də birbaşa antiazərbaycan məzmunda təqdim etdilər (bax: məs., Акоп Бадалян. Сюрприз Пашиняна и Рухани Баку / Lragir.am, 26 sentyabr 2018). Erməni rəsmilərinin daxili emosional və siyasi düşüncə faciəliyi aydındır. Ancaq indi İranı Azərbaycana qarşı qoymaq kimi sarsaq bir işə girişirlər. Çünki İran köklü dövlətdir, Ermənistan kimi forpost və qondarma deyil. Qos-qoca İran diplomatiyası Azərbaycanla Ermənistanı müqayisə edə bilmir? Və ya o dərəcədə sadəlövhdür ki, Yaxın Şərqdə müttəfiqi olan Türkiyənin maraqlarına uyğun gəlməyən addım atsın?

Erməni diplomatiyasının primitivliyi və acizliyi bununla məhdudlaşmır. Onlar V.Putinin Azərbaycana səfəri ilə Paşinyan-Ruhani söhbətini qarşı-qarşıya qoymağa çalışırlar. Bu hadisələr nə ranqına, nə müzakirə olunan məsələlərin məzmununa, nə də məqsədlərinə görə müqayisə oluna bilməz.

Hər şeydən öncə, V.Putin Azərbaycana işgüzar səfərə gəldi və konkret əməkdaşlıq mövzuları ilə çıxış etdi. Azərbaycanla Rusiya arasında energetika, nəqliyyat, humanitar sahə, iqtisadi-biznes sferası üzrə əməkdaşlıq barədə müzakirələr aparıldı. N.Paşinyanla H.Ruhani isə BMT sessiyasında məhdud vaxtda nəzakətli ünsiyyətdə olublar. Erməni ekspertlər nəyi nə ilə müqayisə etməyə cəhd göstərdiklərinin fərqindədirlərmi?

Onlar özlərini Rusiyaya da qarşı qoyurlar. Əsas qayğıları odur ki, Moskva Azərbaycanla müstəqil dövlət kimi davranır. V.Putin də son səfərində açıq bəyan etdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri bir-birinin marağını gözləməklə bərabərhüquqlu iki müstəqil dövlətin münasibətləri kimi inkişaf etdirilir. Bu prosesi o, "dövlətlərarası münasibətlər quruculuğu" kimi qiymətləndirdi.

Bəs erməni liderlər Moskvada nə deyirlər? Onlarla müstəqil dövlətin nümayəndəsi kimi danışmağı, Ermənistana təzyiq göstərməməyi, göstərişlər verməməyi, onların suverenliyinə hörmət etməyi xahiş edirlər. Bəli, fərq göz qabağındadır. Lakin ermənilər unudurlar ki, hansısa bir ölkənin suverenliyinə xahiş-minnətlə hörmət etmirlər, gərək fəaliyyətinlə müstəqil olduğunu sübut edəsən və sənin beynəlxalq sistemdə hansısa bir geosiyasi çəkin olsun. Ermənistan isə heç bir proqramı, siyasəti, diplomatiyası, dövlət kimi müstəqil mövqeyi ilə bu imici qazana bilməyib. Ona niyə hörmətlə yanaşsınlar?

Bunlarla yanaşı, yuxarıdakı müqayisələr də aydın göstərir ki, İrəvan "əməkdaşlıq" deyəndə, mütləq hansısa qonşusuna zərər vurmağa xidmət edən əlaqələri nəzərdə tutur. Yuxusunda Azərbaycanla Türkiyəni düşmən görür, durur, yenə də antiazərbaycan mərəzinə tutulur. Rusiya Ermənistana silah verir, İrəvan dərhal bəyan edir ki, "Azərbaycana gözdağı veririk". Rusiya Azərbaycanla əməkdaşlığı dərinləşdirir, dərhal küsür ki, "bu, yaxşı hal deyil"! Özünün real problemlərini sivil qaydada həll etmək əvəzinə başqalarına irad tutmaq dövlətçilik məfkurəsinə xidmət etmir.

Bunlar bir daha təsdiqləyir ki, Cənubi Qafqazda, əslində, geosiyasi proseslərin intensivləşməsinə iki cür reaksiya müşahidə edilir. Birincisi, Azərbaycan müstəqil siyasətini inkişaf etdirərək, mövqeyini daha da möhkəmləndirir. Hazırda Bakının bütün regional böyük dövlətlərlə - Rusiya, Türkiyə və İranla çox yaxşı münasibətləri mövcuddur. ABŞ-la qarşılıqlı faydalı əlaqələr inkişaf etdirilir. Gürcüstanla strateji tərəfdaşlığa uyğun olaraq münasibətlər dinamik inkişafdadır.

İkinci reaksiya Ermənistanın nümunəsində çaşqınlıq, məntiqsizlik, qeyri-konstruktiv davranışdan formalaşan yarıtmaz xarici siyasət kursu yeritməklə bağlıdır. Yenə də İrəvan öz ultraradikal, qeyri-insani və əsassız iddialarına davam edir. Bunun fonunda Rusiya, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. İranla isə növbəti dəfə xəyali və aldadıcı geosiyasi oyuna girişir. Bunun sonunun iflas olacağına qətiyyən şübhə yoxdur.

Cənubi Qafqaz üçün əhəmiyyətli məsələ isə böyük oyunçuların daha intensiv yarışdığı bir mərhələdə Ermənistanın xaos və təhlükə mənbəyinə çevrilməsidir. Nataraz geosiyasi-diplomatik manevrləri ilə mövcud mənzərəni daha da mürəkkəbləşdirən və yeni ziddiyyətlər gətirən Paşinyan hakimiyyəti bütövlükdə bölgə xalqlarını faciəyə doğru sürükləyir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ

Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub