Cənubi Xəzər hövzəsinin təbii şəraiti öyrənilir
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Pliosen və Eopleystosen dövründə Cənubi Xəzər hövzəsinin təbii şəraitinin təkamülü və neft yataqlarının əmələ gəlməsində onun rolu” mövzusunda tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə erkən Pliosen dövründə Cənubi Xəzər hövzəsinin təbii şəraitinin təkamülü və neft yataqlarının əmələ gəlməsində onun rolu araşdırılıb.
Tədqiqat zamanı gilli mineralların analizi aparılıb və Bakı arxipelaqında rütubətli subtropik iqlim tipinin olduğu müəyyənləşdirilib. Tədqiqatlara görə, Azərbaycanın düzənlik vilayətlərində yanvarda temperatur 5-11°C, iyulda 24-27°C, orta illik 15-19°C, yağıntıların orta illik miqdarı isə indikindən təxminən dörd dəfə çox - 1100-1600 millimetr təşkil edib. Qeyd olunub ki, gil minerallarının tərkibi təkcə qidalanma sahəsindən deyil, həmçinin ərazidə baş verən aşınma prosesindən asılıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]