Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyla Seyidova: Konsert zamanı baş verənlərin bütün məsuliyyəti ancaq sənin çiynindədir

Bakı, 14 fevral, Tatyana İvanayeva, AZƏRTAC

Ötən ilin sonundan bəri çoxsaylı konsert təklifləri arasında Kamera və Orqan Musiqisi Zalında şam işığında keçirilənlərə tələb daha çoxdur. Onların təşkilatçısı qismində “RED EVENTS” agentliyi çıxış edir. Bu cür ab-havada “Mystery Ensemble” qrupunun yüksək səviyyəli musiqiçilərinin ifa etdikləri əsərlər xüsusi maraq doğurur. Bu qrupu Azərbaycanın Əməkdar artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova bir araya gətirib.

Qeyd etmək lazımdır ki, “Mystery Ensemble” qrupu “RED EVENTS”in beynəlxalq musiqi layihəsidir. O, müxtəlif ölkələrdə aparıcı musiqiçiləri bir araya gətirir. Azərbaycanın “Mystery Ensemble” qrupu bakılılara və şəhərin qonaqlarına “Harri Potter”, “Üzüklərin hökmdarı”, “Karib dənizinin quldurları”, “Taxt-tac oyunları” və digər filmlərin musiqisindən ibarət orijinal proqram təqdim edir. Yeni il ərəfəsində isə onlar musiqisevərlər qarşısında P.İ.Çaykovskinin əsərləri ilə çıxış ediblər. Hər bir konsert anşlaqla keçib, dinləyicilər musiqiçiləri sürəkli alqışlarla qarşılayıblar.

Təəccüblü deyil ki, “Mystery Ensemble” ansamblını öz skripkası ilə idarə edən Ceyla Seyidova 2017-ci ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasındakı Dövlət kvartetində “birinci skripka” vəzifəsində çalışır.

-“Birinci skripka” olmaq sizin üçün nə deməkdir?

-Bu, ilk növbədə, məsuliyyətdir! Bu, həm də güc deməkdir. Eyni zamanda, musiqiçilərin dayağıdır. “Birinci skripka”nın əhvali-ruhiyyəsi təxminən bir dəqiqədən sonra digər musiqiçilərə də sirayət edir. Axı onlar incə hissləri daha tez qəbul edirlər. Bu səbəbdən mən özüm də həmkarlarımın qarşısına müsbət emosiyalarla çıxmağa çalışıram. Aydındır ki, həyat öz şərtlərini diktə edir və yüksək əhvali-ruhiyyədə olmaq müəyyən səbəblərdən heç də həmişə mümkün olmur. Məsələn, qış mövsümündə Çaykovskinin musiqisi artıq o qədər də ənənəvi deyil. Bu bəstəkarın əsərlərini başqa təbdə təqdim etmək lazımdır. Onu olduğu kimi ifa etmək çox çətin olur. Bu musiqinin xüsusiyyəti elədir ki, ifa zamanı onun dinləyiciyə çatdırılması getdikcə təkmilləşir. “RED EVENTS” ilə əməkdaşlıq çərçivəsində Kirxdə keçirilən silsilə konsertlərin sonunda mən elə bir emosional vəziyyətdə idim ki, pianoçumuz da bir müddətdən sonra mənim halıma düşdü. Bax onda özümə təlqin etdim ki, toparlanmalı və həmkarlarımın qarşısında məsuliyyətli olmalıyam. Çünki mən aparıcı ifaçıyam və buraya toplaşdığımız məqsəd uğrunda başlıca kamerton rolunu oynayıram. “Birinci skripka” konsertə hamıdan əvvəl gəlməli, hazırlaşmalı və heç bir səhvə yol verməməlidir. Mən kollektivimizdə həm də konsertmeysterəm. Sayıqlığı itirmək öz-özlüyündə digər musiqiçilərə də sirayət edə, onları ruhdan sala bilər. Yalnız şəxsi nümunə həmkarlarımı konsert zamanı daha məsuliyyətli olmağa sövq edir. Bizim ansamblın timsalında qeyd etmək lazımdır ki, kollektivimiz dirijorsuz çalışır. Belə ki, onun olmadığı şəraitdə məsuliyyəti də yarıbayarı bölmək lazım gəlir. Əks halda, bütün konsert boyu baş verənlərin tam məsuliyyəti sənin üzərinə düşür. “Harri Potter” saundtreki konsertini misal gətirmək istəyirəm. Həmin vaxt filarmoniyanın səhnəsində on musiqiçi çıxış edirdi, sonra mən dostlarım olan dirijorlardan ifamız haqqında yüksək qiymət aldım. Onlar qeyd etdilər ki, biz təkcə eyni ritmdə ifa etmirdik, həm də birlikdə nəfəs alırdıq. Şəxsi şübhələrimi xatırlayıram; düşünürdüm ki, dirijorsuz işin öhdəsindən gələ biləcəyikmi? Axı musiqiçilər mənə tam etimad göstərirdi və “birinci skripka”nın ən kiçik nüansları onların dayağı idi. Beləliklə, mənim skripkam təkcə musiqi aləti yox, həm də dirijor çubuğu funksiyasını yerinə yetirirdi. Bax belə ardıcıllıqla çıxışımız davam edirdi. Musiqiçilər mənim işarəmdən sonra notlara baxır, sonra yenidən diqqəti mənə yönəldirdilər. Belə demək mümkünsə, konsertdə gözlərlə təmas, musiqi alətlərinin vəhdəti və təbəssümlə ifa yaddaqalan oldu.

-Yeri gəlmişkən, dirijora həmişə ehtiyac varmı?

-Yox. Kvintet onsuz da keçinə bilir. Amma hazırkı məqamda elə müasir əsərlər var ki, onları dirijorsuz ifa etmək mümkün deyil. Çünki müəyyən sayda taktlardan sonra səsi tutmaq lazım gəlir, həm də partiyaya bələd olmaq, deyək ki, royalı bilmək tələb olunur. Dirijor isə artıq partituranın bütün partiyalarına baxır, bəstəkarın hər hansı fantaziyasını idarə etməyə çalışır. Müasir musiqidə keçmişdəki bəstəkarlarla müqayisədə müəlliflər daha sərbəst olurlar.

-Siz aparıcı musiqiçi kimi diktatorsunuz?

-Mənə elə gəlir ki, uşaqlıqdan diktatoram. Bu, artıq Uşaq Kamera Orkestrinin tərkibində səhnəyə çıxdığım vaxt bəlli idi. Yeddi yaşımda məni Teymur Göyçayevin uşaq filarmoniyasına gətirdilər. Orada üç qrup vardı və skripkaçıların arasında ən kiçiyi mən idim. Qalan uşaqlar məndən daha böyük idilər. Beləliklə, mən öz yoluma ən sonuncu skripka mövqeyimdən başladım. Amma birinci olmaq arzum və səylərim o qədər böyük idi ki, bir müddət sonra artıq ikinci skripkaların konsertmeysteri oldum. Mənim qrupumdan üç oğlanın məndən üç boy hündür olması hələ də yadımdadır. Beləliklə, birinci olmaq anadangəlmə istedaddır. Bunun üçün diktatorluq, inadcıllıq lazımdır. Adi şıltaqlıq deyil, sadəcə, çoxlu çalışmaq məqsədə çatmaqda əsas vasitədir. Bunu davranışınla deyil, öz ifan, musiqiyə münasibətinlə sübut edirsən. Bizim peşədə başqa vasitə yoxdur. Burada sözlər və emosiyalar heç bir rol oynamır. Yalnız yaxşı ifa və gərgin zəhmət. Öz qrupumu idarə etmək üzrə hüququmu isbat edərək, yaşıma və boyuma rəğmən, indiyədək “diktatorluq” fəaliyyətimi davam etdirirəm və artıq bilirəm ki, heç vaxt ikinci mövqedə olmayacağam. Bu gün də mövqelərimi qoruyub saxlamağa çalışıram...

-Siz saundtreklərin müstəqil əsər kimi tamaşaçıya çatdırılması trendinə üstünlük verirsiniz. Bu zaman hansı istiqamətdə hərəkət edirsiniz?

-Azərbaycanda bu trend indi yayılmağa başlayır və mən buna çox şadam. Çünki mənim özümün də buna ehtiyacım var idi. Mən də həmin musiqini ifa etmək istəyirdim. Ona görə də “RED EVENTS”in dəstəklədiyi saundtrek proqramı məni həyəcanlandırdı. Səfərlərim zamanı bu proqramlarla verilən konsertlərdə olurdum və düşünürdüm ki, onlar bizdə niyə olmasın. Çoxlu sayda insanlar üçün şərti Bethoven, Bax, Çaykovski maraq doğurmur. Bəli, həmin konsertlərin müəyyən tamaşaçıları var. Amma geniş dinləyici kütləsi həm tamaşa etməyi və həm də qulaq asmağı xoşlayır. Mən səhnədən tamaşaçını görürəm, onların çoxu əvvəllər bizim konsertlərdə olmayıb. Ziyalı və yaraşıqlı insanlar konsertdən sonra bizə yaxınlaşır, təşəkkür edir və şəkil çəkdirmək istəyirlər. Onların növbəti konsertlərin nə vaxt olacağı barədə sualları məni ruhlandırır. Həmin məqamda sevinirəm ki, nəhayət insanların musiqiyə marağı artır. Saundtreklər formatına tələbat var və səhnəyə çıxdığımda zalın dolu olduğunu görürəm. Bu, bir musiqiçi kimi mənim üçün xoşdur. Mən anşlaqlarda ifa etməyi sevirəm. Çünki bu vaxt qeyri-adi enerji alıram. Düşünürəm ki, insanlar vaxt ayıraraq sənin təklif etdiyin konsertə gəlib, deməli, onların bayram əhvali-ruhiyyəsi bizdən asılıdır.

-“Mystery Ensemble”in musiqini tamaşaçıya təqdim etməkdə novator yanaşması olduğunu söyləmək mümkündürmü?

-Dəfələrlə eşitmişəm ki, səhnədə musiqi əsərlərinin elan edilməməsi tamaşaçılar üçün həqiqətən də qəribədir. Axı, bu, onların musiqinin səslənməsi “mistikası”nı pozur, amma bu qərar emosional dalğanı itirməmək üçün şüurlu şəkildə verilir. Son nəticədə konsert proqramı elektron anonslarda təqdim edilir. Öz müşahidələrimdən misal çəkmək istəyirəm: Miyadzakinin konsertinə gələnlər onu yaxşı tanıyırdırlar. Zalda oturan uşaqlar bu və ya başqa əsərin mənbəyini özləri deyirdilər. Konsertlərimizin müxtəlif yaş qruplarına aid auditoriya toplaması da ayrıca sevinc mənbəyi və özünəməxsus novatorluqdur. Demək, bizim yanaşmamız düzgündür.

-Layihələr ötən ilin sonunda və bu ilin əvvəlində təqdim edilib və müəyyən dərəcədə salon konsertlərini dirçəldir. Bu ab-havanın seçilməsi musiqiyə və ya ruh yüksəkliyinə təsir edirmi?

-Bütün bunların şüurlu şəkildə baş verdiyini söyləyə bilmərəm. Konsertlərin təşkilatçılarının təklif etdikləri format öz-özlüyündə maraqlıdır - şam işığında, həm də gözəl bir zalda musiqi əsərləri ilə vəhdət... Belə olan halda ruh yüksəkliyi də təbiidir. Tamaşaçıların münasibəti isə konsertlərə yeni ovqat qatır.

-Konsertin təşkilatçıları hansı rola malikdirlər? Konkret kompaniya ilə əməkdaşlığın səmərəliliyi baxımından hansı incəliklər meydana çıxır?

-“Mystery Ensemble”in təşkilatçıları ilə birgə işimiz əla alındı. Qarşılıqlı fəaliyyət və musiqiçiləri eşitmək bacarığı, onlar üçün şərait yaratmaq konsertin uğurunu şərtləndirir. “Mystery Ensemble”ə olan diqqətin “RED EVENTS” tərəfindən güclənməsi tarixçəsi özü də bir “mahnı”dır. Sentyabrda Kirxdə keçirilən konsertlərin birində kompaniyanın nümayəndələri ilə tanış olduq. Sonrakı görüş Londonda oldu, həm də əməkdaşlığımızın daimi əsasda təşkilini şərtləndirdi. Eyni zamanda, mənə fəaliyyət sərbəstliyinin verilməsi verilən təklifi daha da cəlbedici etdi. Təşkilatçıların musiqiçiləri anlaması da böyük əhəmiyyət kəsb edir. Çox vaxt bir axşamda iki konsert veririk və təşkilatçıların qayğısı bizi təsirləndirir... Belə əməkdaşlıq öz bəhrəsini verir, konsertlər anşlaqla keçir, musiqiçilər yeni yaradıcılıq enerjisi ilə səhnəyə çıxırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır