CEYRANBATAN SU HÖVZƏSİNİN ƏTRAFINDA KANALİZASİYA XƏTTİNİN ÇƏKİLİŞİ BAŞA ÇATMAQ ÜZRƏDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Bakı şəhərinin içməli su ilə təminatında mühüm rol oynayan Ceyranbatan su hövzəsinin çirkləndirilməsi ilə bağlı məlumatların əsassız olduğunu bildirmişdir. Onun sözlərinə görə, gölün ətrafında tikilmiş evlərin, yolqırağı obyektlərin çirkab suları kanalizasiya xətti vasitəsilə lazımi yerlərə axıdılır. Həmin ərazilərdə kanalizasiya xətlərinin çəkilişi artıq başa çatmaq üzrədir. Ona görə də su hövzəsinin, guya, kanalizasiya və tullantı suları ilə çirkləndirilməsi barədə məlumatlar həqiqətə uyğun deyildir.