Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ceyranların populyasiyası müşahidə altında saxlanılır - Şirvan Milli Parkından reportaj VİDEO

Salyan, 21 avqust, A.Yavərzadə, AZƏRTAC

Şirvan Milli Parkında Ümumdünya Təbiətin Mühafizəsi Fondunun təşkilatçılığı ilə ceyran populyasiyasının müəyyən olunması, həmçinin mühafizənin təşkili mövzusunda görüş keçirilib. Görüşdə Milli parkdakı mövcud vəziyyət, eləcə də digər flora və faunanın kompleks şəkildə qorunması barədə müzakirələr olunub, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərovun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndəsi Firudin Əliyevin, Şirvan Milli Parkının nümayəndələrinin iştirak etdikləri görüşdə faunanın müşahidə edilməsi üçün dron vasitəsilə əraziyə baxış keçirilib.

Şirvan Milli Parkının direktor müavini Seymur Kərimovla söhbət zamanı bildirib ki, ərazidə ceyran sayları kəskin azaldığı üçün 1961-ci ildə ilk dəfə Bəndovan qoruğu, sonra ceyranların baş sayında artım olduğuna görə ərazi bir az da genişləndirilərək Şirvan Dövlət Təbiət Qoruğu, 2003-cü ildə isə 63500 hektardan çox ərazisi olan Şirvan Milli Parkı yaradılıb. Hazırda Milli Park ərazisində canlıların qidalanması üçün münbit şərait mövcuddur. Bundan başqa, parkda 3000 hektar sahəsi olan Qızılqaz gölü də var. O qeyd edib ki, Milli parkın ərazisindən kanal və kollektorlar keçir. Həmçinin canlıların su ilə təmin olunması üçün süni şəkildə su kanalları da tikilib. Bütün bu amillər ceyranların populyasiyasına şərait yaradır. Ümumiyyətlə, Milli parkın ərazisində ekosistem təkcə ceyranlar deyil, digər flora və fauna növləri də qorunmaqla kompleks şəkildə mühafizə olunur. Hazırda park ərazisində 82 növ bitki örtüyü, 230 quş növü, 8 növ məməli, 7 növ ilan, 4 növ isə suda-quruda yaşayan canlılar var.

Qarşıda quran əsas vəzifənin ceyran sürülərində artımı izləmək, həmçinin vəhşi təbiətin populyasiyaya olan təsirini araşdırmaq, eyni zamanda, park ərazisindəki canlıların antropogen amillərdən mühafizəsinin təşkil olunduğunu söyləyən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev qeyd edib ki, ilkin müşahidələr ceyran sürülərində artım olduğunu göstərir. “Ceyranların sayı sentyabr-oktyabr aylarında, yəni ceyran sürülərinin qruplaşdığı dövrdə dəqiqləşdiriləcək. Ceyran populyasiyasına vəhşi heyvanların təsiri məsələsinə gəldikdə isə, bu amil ekosistemin tərkib hissəsi olduğu üçün balans təbiət tərəfindən tənzimlənir və hər hansı təhlükə müşahidə edilmir. Əsas məsələ ceyran sürülərinin antropogen təsirlərə məruz qalmaması üçün mühafizə tədbirlərinin görülməsindən ibarətdir. Bunun üçün Milli park ərazisində növbətçilik sisteminə uyğun olaraq təkcə ceyran sürülərinin deyil, eyni zamanda, flora və faunanın digər növlərinin də mühafizəsi üçün lazımi tədbirlər görülür. Həmçinin Şirvan Milli Parkında ceyranların populyasiyasının digər ərazilərdə öz tarixi areallarına intraduksiya edilməsi istiqamətində də işlər davam etdirilir. Sonuncu belə iş Acınohur çölündə yerinə yetirilib”, - deyə Firudin Əliyev vurğulayıb.

Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov isə xüsusi mühafizə olunan təbiət ərazisində əsas amillər barədə danışaraq deyib ki, ilk məqsəd ekosistemin qorunub saxlanılmasıdır: “Burada yırtıcı heyvanların da mühüm rolu var. Çünki bu canlılar sağlam ekosistem üçün vacibdir. Hazırda Şirvan Milli Parkı ərazisində ən iri yırtıcı heyvanlar canavarlardır. Onlar da ərazidə populyasiyanı sağlam saxlamaqda əsas rola malikdir. Həmin yırtıcılar sürülərdə olan xəstə və eyni zamanda, qoca ceyranları şikar etməklə sürüdə sağlam ceyranların qalmasına imkan yaradır. Nəticədə həmin ceyranlardan törəyən yeni nəsil də sağlam olur”.

Ceyranların populyasiyasına təsir edən genetikadan söhbət açan müsahibimiz onu da bildirib ki, Azərbaycan ərazisində ötən əsrin ortalarına kimi ceyranların sayı çox olsa da, 1960-cı illərə qədər bu say qanunsuz ov və ekoloji mühitin təsirlərinə məruz qalaraq xeyli azalıb və 200-ə qədər enib. Təkcə Şirvan Milli Parkının ərazisində maksimum 70-dək ceyran qaldığı üçün ərazi nəzarətə götürülərək mühafizəsi təşkil edilib. Ona görə də burada ceyranların baş sayında artım özünü büruzə verib və 6-7 minə qədər çoxalıb. Lakin bu ceyranlar eyni genetikadan olduğu üçün hər hansı bir təbii fəlakətə oxşar reaksiya verərək, kütləvi halda ölüm halı ilə üzləşə bilər. Bu isə çox təhlükəlidir. Bunun qarşısının alınması üçün park ərazisində olan ceyranların əvvəlki tarixi areallara köçürülməsi vacibdir. Artıq bu işlər Acınohur ərazisində yerinə yetirilib.

Onun sözlərinə görə, Ceyrançöl adlanan ərazidə də bu prosesin tətbiqi mümkündür. “Əsas məqsəd ondan ibarətdir ki, bir ərazidə hansısa təhlükə baş verərsə, digər yerlərdə ceyran sürülərinin qorunması mümkün olsun. Digər tərəfdən, Mingəçevirdə Korçay qoruğundakı tarixi populyasiyadan olan fərdləri buraya gətirməklə gen müxtəlifliyini artırmaq mümkündür və bu istiqamətdə də işlər aparılır”, - deyə Elşad Əsgərov əlavə edib.

Ceyranların populyasiyası müşahidə altında saxlanılır - Şirvan Milli Parkından reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir