“Çelsi” Pulişiçi 64 milyon avroya alıb
Bakı, 3 yanvar, AZƏRTAC
“Borussiya” (Dortmund) klubunun amerikalı yarımmüdafiəçisi Kristian Pilişiç Londonun “Çelsi” klubuna keçib.
AZƏRTAC Almaniya komandasının mətbuat xidmətinə istinadla xəbər verir ki, transfer 64 milyon avroya başa gəlib. İyirmi yaşlı Pulişiç mövsümün sonuna qədər Dortmund klubunda icarə hüququnda oynayacaq.
“Borussiya”nın heyətində 2016-cı ildən təmsil olunan Pulişiç 115 matçda iştirak edib, 15 qol vurub. O, 2016/17-ci illər mövsümündə Almaniya Kubokunun sahibidir. “France Football” jurnalının versiyasına görə, Pulişiç 2018-ci ildə 21 yaşına qədər futbolçular arasında mövsümün ən yaxşı oyunçusu adı uğrunda səsvermədə ikinci yeri tutub. Bu səsvermədə fransız Kilian Mbappe qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]