ÇELYABİNSK VİLAYƏTİNİN İŞ ADAMLARI BAKIDADILAR
Rusiyanın Çelyabinsk vilayətinin bir qrup iş adamı Bakıya gəlib. Qonaqlar Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Süleyman Tatlıyevlə görüşüblər. Palatadan müxbirimizə bildirmişlər ki, görüşdə əsasən maşınqayırma, metallurgiya sahələrində əlaqələrin bərpası barədə fikir mübadiləsi aparılmışdır. Çelyabinsk Traktor Zavodunun, STO - Molniya və FQUP - Ural Element Açıq Tipli Səhmdar Cəmiyyətlərinin mütəxəsislərindən ibarət nümayəndə heyəti həmçinin İqtisadi İnkişaf, Rabitə, Müdafiə, Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Neft Şirkətində, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasında görüşlər keçirmişlər. Səfər iyulun 3-də başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]