Çernobıl zonasında yanğın doqquzuncu gündür davam edir
Kiyev, 13 aprel, AZƏRTAC
Ukraynanın Çernobıl təcrid zonasında aprelin 4-də başlamış yanğın doqquzuncu gündür ki, davam edir. Ayrı-ayrı yerlərdə bitki və meşə örtüyünün yanması müşahidə olunur.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğının söndürülməsinə 366 nəfər və 88 ədəd texnika, o cümlədən aprelin 12-də 143 dəfəyə 370 ton su səpələmiş 3 AN-32P təyyarəsi UFHN-in 3 helikopteri cəlb edilib.
Xatırladaq ki, Ukrayna polisi bir müddət əvvəl günahkarı tapıb. Yanğının törədilməsində 27 yaşlı kişi şübhəli bilinir. Onun sözlərinə görə, zibilləri və otları yandırdıqdan sonra külək alovu uzağa yayıb və buna görə də yanğını təkbaşına söndürə bilməyib.
Ukraynanın Baş Naziri Denis Şmiqal öz Telegram kanalında təcrid zonasında gücləndirilmiş dozimetrik nəzarətin tətbiq edildiyini və radiasiya fonunun normal həddə olduğunu bildirib.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]