Çiğdem Ərdoğan Atabek: Azərbaycan tarixi günlər yaşayır
Bakı, 19 oktyabr, AZƏRTAC
Türk qadını çox güclüdür. Dili, adət-ənənələri öyrədən məhz qadınlardır. Türk qadınları tarix boyu həyat yoldaşlarının yanında olublar, çətin günlərdə onlarla birgə addımlayıblar.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan Atabek Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində oktyabrın 19-da “Gender məsələləri hüquqi müstəvidə: mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda keçirilən panel müzakirələrdə deyib.
Əslən azərbaycanlı olduğunu deyən TBMM-in nümayəndəsi Azərbaycanın tarixi günlər yaşadığını vurğulayıb.
“Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü və suverenliyinin tam təmin edilməsi münasibətilə təbrik edirik. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur, həmçinin ölkənin ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan Qadınlarının VI Qurultayının məhz bu ildə təşkil edilməsi əlamətdar hadisədir”, - deyə TBMM-in nümayəndəsi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]