Çin "New York Times" qəzetinə xəbərdarlıq edib
Pekin, 3 sentyabr, AZƏRTAC
Çin Xarici İşlər Nazirliyi Çin əleyhinə fəaliyyət göstərənlərin müsbət imicini formalaşdırmaqla Honkonqda baş verən hadisələr haqqında yanlış məlumatlar yayan “New York Times” qəzetinə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsinin yaydığı bəyanatda qondarma “Honkonqun müstəqilliyi” radikal fikrini yayan, Çin mərkəzi hakimiyyətinə, Honkonq hökumətinə və polisinə ləkə atan Coşua Vonq və Aleks Çou adlı radikal şəxslər haqqında saxta müsbət xarakterli məqalələrin narahatlıq doğurduğu bildirilib. Bəyanatda ABŞ qəzetinin Honkonqda baş verən hadisələri səhv işıqlandırmasının mənfi nəticələr verə biləcəyi qeyd olunub, Çinin əleyhinə olan qüvvələr və “Honkonqun müstəqilliyi”nə çağıran radikal qruplar üçün platforma olan “New York Times”ın bu insanları çoxluq kimi təqdim etməkdən belə çəkinmədiyi vurğulanıb.
Bildirilib ki, qəzet Honkonqda dövlət və ictimai əmlakı zədələmək, polisə və günahsız insanlara hücum etmək kimi qanunsuz əməlləri yumşaq təqdim edir, gərgin fəaliyyət anlarında maksimum təmkin nümayiş etdirən asayiş keşikçilərini isə əsassız günahlandırır.
Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsi “New York Times” qəzetini Honkonq hadisələri barədə səhv mövqeyini təcili düzəltməyi və baş verənləri məsuliyyətli, obyektiv, bitərəf qaydada işıqlandırmağı tələb edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]