ÇİN: TƏBİİ FƏLAKƏT 1,4 MİLYONDAN ÇOX İNSANIN NORMAL HƏYATINI POZMUŞDUR
Neçə gündür ara verməyən leysan yağışlari nəticəsində Çinin Xunan əyalətinin 10 qəzasında 148 şəhər tipli qəsəbə su altında qalmışdır. Təbii fəlakət 1,4 milyondan artıq insanın normal həyat şəraitini pozmuş, 8 min yaşayış evini dağıtmış, bir sıra su anbarlarına və çay bəndlərinə zərər vurmuşdur.
Mütəxəssislər bildirir ki, Syantszyan, Szışuy və Lişuy çaylarında, habelə Duntin gölündə suyun səviyyəsi xeyli qalxmışdır. Məsələn, Syantszyan çayında suyun səviyyəsi 3,6 metrdən artıq olmuşdur. Leysan yağışları Çinin Şərqindəki Futszyan əyalətində də ara vermir. Güclü sürüşmə nəticəsində əyalətin şimal hissəsində qatarların hərəkəti dayanmışdır.
ÇXR Dövlət Şurası sədrinin müavini Ven Szyabao yerli hakimiyyət dairələrini daşqına qarşı mübarizədə səmərəli tədbirlər görməyə, təbii fəlakətdən vura biləcəyi zərəri minimuma endirmək üçün səy göstərməyə çağırmışdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, ÇXR-in bir sıra cənub-qərb, şimal-şərq və cənub əyalətləri də güclü yağışlardan və daşqınlardan xeyli ziyan çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]