ÇİN XALQ RESPUBLİKASI AZƏRBAYCANLA ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNƏ BÖYÜK ÖNƏM VERİR
Dekabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Çin Xalq Respublikasının Bakıdakı səfiri Çjan Siyunu qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Vilayət Quliyev dekabrın 20-də BMT-nin Baş Assambleyasının 57-ci sessiyasının plenar iclasında “BMT və ATƏT arasındakı əməkdaşlığa” dair qətnaməyə edilmiş “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi” düzəlişinin lehinə səs verdiyinə görə Çin hökumətinə və səfirə təşəkkürünü bildirmiş, bunu, iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə əyani sübut kimi dəyərləndirmişdir.
Səfir Çjan Siyun Çin ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə onun dövlətinin böyük əhəmiyyət verdiyini vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ÇXR-in bu məsələdə mövqeyinin dəyişməz olduğunu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri əsasında sülh yolu ilə həll edilməsinə ümidvar olduğunu bir daha qeyd etmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]