Çində 111 gün ECMO cihazına qoşulu olan koronavirus xəstəsi sağalıb
Pekin, 28 avqust, AZƏRTAC
Çində yeni növ koronavirusa (COVID-19) yoluxmuş və müalicə dövründə 111 gün ekstrakorporal membran oksigenasiya (ECMO) cihazına qoşulu qalan 62 yaşlı kişi sağalaraq evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın sonlarında Çinin cənubundakı Quancou şəhərində virusa yoluxmuş pasiyentin vəziyyəti pisləşdiyi üçün fevralın 9-da ECMO cihazına qoşulub. Yüksək qan təzyiqi və yuxu apnesi kimi digər xəstəliklərdən əziyyət çəkən həmin şəxs 111 gün ECMO cihazanın köməyi ilə həyatda qala bilib.
Qeyd edək ki, ECMO aparatı müvəqqəti olaraq ağciyərlərin funksiyasını yerinə yetirməklə qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur. Vəziyyəti olduqca ağır olan bəzi COVID-19 xəstələri də ECMO cihazına qoşulur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]