Çində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir
Pekin, 10 may (AZƏRTAC). Mayın 24-dən 27-dək Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir.
İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtmaq məqsədi daşıyan tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, Dövlət rəqs ansamblının solistlərinin və muğam ifaçılarının çıxışları, Azərbaycana həsr olunmuş fotosərginin, habelə milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilərin təşkili nəzərdə tutulmuşdur.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustaları Çinin tarixi şəhərlərindən olan Yentayda da konsert proqramı ilə çıxış edəcəklər.
Bundan əlavə, Azərbaycan rəsmi nümayəndə heyətinin ÇXR-in Mədəniyyət Nazirliyində, Çin Milli Turizm Administrasiyasında, Çin Milli Muzeyində görüşləri də planlaşdırılır.
Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi vardır. Qədim İpək Yolu dövründə bu münasibətlər xüsusilə möhkəmlənmişdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında mədəni əlaqələr də yeni müstəviyə qədəm qoymuşdur. Müxtəlif səviyyəli qarşılıqlı səfərlər zamanı mədəni məsələlərə dair bir sıra sənədlər imzalanmışdır.
2006-cı ilin dekabrında Azərbaycanın Çindəki səfirliyinin nəzdində “Şuşa” Mədəniyyət Mərkəzi fəaliyyətə başlamışdır. Ötən ilin noyabrında səfirliyin dəstəyi ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində səhnələşdirilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]