Çində güclü leysan yağışları yollara 2,2 milyard dollar ziyan vurub
Bakı, 27 avqust, AZƏRTAC
Çinin bir sıra bölgələrində güclü leysan yağışları yollara 2,2 milyard dollar ziyan vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 27-də Çinin Nəqliyyat Nazirliyi bildirib.
Nazirliyin nümayəndəsi Li İn jurnalistlərə deyib ki, ilkin qiymətləndirmə daşqın mövsümünün başlanmasından bəri yollara dəyən ziyana aiddir və Çinin inzibati vahidlərinin üçdə ikisindən çoxunu təşkil edən 23 əyalət, bölgə və bələdiyyəni ehtiva edir.
Çinin Su Ehtiyatları Nazirliyinin məlumatına görə, daşqın mövsümü rəsmi olaraq iyulun 1-də başlayıb və ölkənin şimal və cənubuna rekord miqdarda yağıntı gətirib.
Linin sözlərinə görə, Nəqliyyat və Maliyyə nazirlikləri indiyədək yerli hakimiyyət orqanlarına təcili yol təmiri üçün təxminən 75 milyon dollar subsidiya ayırıb.
Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təkcə ilin birinci yarısında daşqınlar, sürüşmələr, zəlzələlər və quraqlıqlar 7,3 milyard dollar birbaşa iqtisadi itkiyə səbəb olduğu üçün hökumət aprel ayından təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 700 milyon dollar vəsait ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]