Çində keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində geniş tərkibli nümayəndə heyətimiz iştirak edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 23-dən 27-dək Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, mədəniyyət günlərində nazir Əbülfəs Qarayevin başçılığı ilə nümayəndə heyəti iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, eləcə də parlament və icra hakimiyyətinin təmsilçiləri daxildirlər.
Mədəniyyət günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi nümayəndə heyəti və işçi qrupu ilə yanaşı, məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri, Dövlət Kamera Orkestrinin musiqiçiləri və media nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]