Çində zəncirvari qəzada 16 avtomobil toqquşub
Pekin, 3 aprel, AZƏRTAC
Çində magistral yolda 16 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla 12:40 radələrində Pekin yaxınlığında baş verib. Qəza nəticəsində bir nəfər ağır, dörd nəfər isə yüngül yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib.
Hazırda magistralda hərəkət dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin