Çinə qida və içki ixracı qaydaları: CIFER sistemində qeydiyyat necə aparılır?
Bakı, 11 avqust, AZƏRTAC
Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izlənilməsinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. Məhsulun risk kateqoriyasından asılı olaraq müəssisələrin CIFER sistemində qeydiyyatı müxtəlif qaydada aparılır. Bir sıra məhsul kateqoriyaları üzrə qeydiyyat ixracatçı ölkənin səlahiyyətli qurumunun təqdimatı əsasında, digər məhsul kateqoriyaları üzrə isə müəssisələrin özləri tərəfindən müstəqil şəkildə həyata keçirilir. Bu sistemdə qeydiyyat, müəssisə məlumatlarının yenilənməsi və qeydiyyat müddətinin uzadılması rəsmi elektron portal vasitəsilə ödənişsizdir. AQTA bildirir ki, CIFER sistemindən qeydiyyatdan keçməyən müəssisələrin istehsal etdiyi qida məhsullarının ÇXR-ə idxalına icazə verilmir. Sahibkarlıq subyektləri CIFER sistemində qeydiyyat və digər prosedurlar barədə ətraflı məlumatı qeyd olunan keçid vasitəsilə əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.09.2026 [17:38]
Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq
- 12.09.2026 [16:07]
Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb
- 12.09.2026 [14:06]
Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 12.09.2026 [12:32]
Şirvanda oğurluq edən şəxs saxlanılıb
- 12.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
- 11.09.2026 [20:33]
Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub
- 11.09.2026 [20:23]
Bu saata olan əsas xəbərlər
- 11.09.2026 [20:00]
Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib
- 11.09.2026 [19:45]