Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən hüquq islahatlarının yeni mərhələsi

Cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən hüquq islahatlarının yeni mərhələsi

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçirilən islahatların yeni mərhələsinə dair məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 10 fevral tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb.

Sərəncamda cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzasının tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyaların tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edilməlidir ki, 2000-ci ildən qüvvədə olan Cinayət Məcəlləsi ötən dövrdə müxtəlif normativ aktların qəbul edilməsi ilə əlaqədar əlavə və dəyişikliklərə məruz qalıb.

Son dəyişikliklər geniş miqyası ilə fərqlənməklə, cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində aparılan hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı sayıla bilər. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, yeni Qanunla qüvvədə olan Cinayət Məcəlləsinin 300-dən çox maddəsinə əlavə və dəyişikliklər edilib.

Ümumiyyətlə, cinayət-hüquq siyasətində liberallaşdırma tendensiyası dövlətin və cəmiyyətin demokratik quruculuq yolunda dinamik inkişafının göstəricisidir. Yəni, bütün bunlar dinamik inkişafımıza əyani sübutdur.

Bu baxımdan yaxın tariximizə nəzər saldıqda aydın olur ki, 1994-cü il avqustun 9-da ulu öndər Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi barədə” məlum Fərmanı imzalaması həmin dövrdəki mövcud şərait, dövlətin və dövlətçiliyin qorunması, cəmiyyət üzvlərinin təhlükəsizliyinin təmin olunması zərurəti, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və cinayət törətmiş şəxslərə qarşı sərt cəzaların tətbiq olunması zərurəti ilə şərtlənib. Uzun müddət məhkəmə və hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətində istinad nöqtəsi sayılan həmin Fərmanda verildiyi tarixi şəraitə uyğun olaraq, cinayətkarlığa qarşı mübarizə işində qanunun bütün imkanlarından istifadə olunması tələb edilirdi.

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi düzgün siyasət, görülmüş məqsədyönümlü tədbirlər sayəsində ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik hökm sürür ki, bu bizim ən böyük uğurlarımızdandır.

Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində müsbət dəyişikliklərə uyğun olaraq zaman-zaman qanunlarımızın demokratik prinsiplərə uyğunlaşdırılması və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mütəmadi qaydada islahatlar həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin həmin Sərəncamı və onun icrası ilə bağlı cinayət təqibi və cəza siyasətinin liberallaşdırılmasına yönələn Qanunun qəbulu ölkəmizdə hökm sürən real ictimai-siyasi sabitlikdən, iqtisadi inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlərdən, bir sözlə, günün tələblərindən irəli gəlir.

Həmçinin qeyd etmək lazımdır ki, yeni Qanunun qəbulu həm də cəmiyyətdə qanunlara hörmətin artması, qanunların məzmun və mahiyyətinin dərk edilməsi və onların tələblərinə dönmədən əməl edilməsinin zəruriliyi ilə bağlı insanların şüurunda baş vermiş müsbət dəyişikliklər ilə şərtlənib.

Eyni zamanda, qanunvericiliyin və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilmiş əsaslı tədbirlər, onların məqsədlərinin və törədilmiş cinayətlərə görə cəza tətbiq ediləcəyi ilə bağlı dövlət siyasətinin dəyişməz qaldığının cəmiyyət üzvləri tərəfindən dərindən dərk edilməsini, habelə vətəndaşlarımızın öz fəaliyyətlərini ciddi şəkildə bu qanunların tələblərinə uyğun həyata keçirmələrini tələb edir.

Həmin tələblərə layiqincə əməl olunması gələcəkdə cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində daha da mütərəqqi qanunların qəbul olunmasına təkan verəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 2017-ci il 20 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər”, “Mülkiyyət əleyhinə olan cinayətlər”, “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”, “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” və digər fəsillərində yerləşən 300-ə qədər maddədə mühüm dəyişikliklər və əlavələr edilərək, 18 cinayət əməli dekriminallaşdırılmış, 24 cinayət əməlinə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azadetmə, 1 cinayətə görə narkomanlıq xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi müəyyən olunub, 152 normanın sanksiyasına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə edilib və 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulub.

Cinayət Məcəlləsində bir sıra əməllərin dekriminallaşdırılması istiqamətində diqqət çəkən mühüm dəyişiklik “Mülkiyyət əleyhinə olan cinayətlər” və “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”lə bağlı cinayət məsuliyyətinin yaranmasına səbəb olan ziyanın məbləğinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, yeni Qanunda ölkədə gedən iqtisadi-sosial proseslər və iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” fəslinin 177.1-ci, 178.1-ci və 179.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri olan məbləğ beş dəfə, yəni 100 manatdan 500 manatadək artırılaraq, həmin əməllərlə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulmasının cinayət məsuliyyətinə səbəb olması təsbit edilmiş (əvvəllər bu maddələrlə məsuliyyətin yaranması üçün yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ nəzərdə tutulurdu), habelə, 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrdə “xeyli miqdar” ziyanın beş min manatdan yuxarı, lakin əlli min manatdan yuxarı olmayan məbləği (əvvəllər 177-187, 189 və 189-1-ci maddələrdə “xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan yuxarı olmayan məbləğ başa düşülürdü), “külli miqdar” ziyanın əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği (əvvəllər “külli miqdar” dedikdə on min manatdan artıq olan məbləğ başa düşülürdü), “xüsusilə külli miqdar” ziyanın beş yüz min manatdan yuxarı olan məbləği ehtiva etməsi müəyyən olunub.

Əhəmiyyətli məqamlardan biri kimi qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyanın vurulması kifayət edir.

Eləcə də Cinayət Məcəlləsinin 190-cı maddəsinin (Qanuni sahibkarlıq fəaliyyətinə mane olma) “Qeyd” hissəsində “192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2” rəqəmləri “192-1.3.2” rəqəmləri ilə əvəz olunaraq, 19 maddədə (192.1-ci, 192-1.1-ci, 192-1.2-ci, 193.1-ci, 194.1-1-ci, 195.1-ci, 195-1.1-ci, 195-1.2-ci, 196.1-ci, 197.1-ci, 198.1-ci, 200-2.1-ci, 201-1.1-ci, 203.1-ci, 204.2-ci, 205-2.1-ci, 210.1-ci, 211.1-ci və 212.1-ci maddələr) “xeyli miqdar” dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 21 maddədə (190.2-ci, 192-1.3.2-ci, 194.2.4-ci, 195.2-ci, 195-1.3-ci, 196.2-ci, 197.2-ci, 198.2-ci, 200-2.3-ci, 201-1.2-ci, 202.2-ci, 202-1.2-ci, 202-2.1-ci, 203.2-ci, 203-1.1-ci, 204.3.2-ci, 205.2.3-ci, 205-2.2.3-ci, 210.2-ci, 211.2-ci və 212.2-ci maddələr) “külli miqdar” dedikdə yüz min manatdan artıq olan məbləğ, 4 maddədə (192.2.1-ci, 192.2.2-ci, 193.2.1-ci və 193.2.2-ci maddələr) “külli miqdar” dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, yenə 4 maddədə (192.3.1-ci, 192.3.2-ci, 193.3.1-ci və 193.3.2-ci maddələr) “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

Eyni zamanda, Cinayət Məcəlləsinin 200-cü maddəsinin “Qeyd” hissəsində əməlin “istehlakçıları xeyli miqdarda aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” tərkibini yaratması üçün nəzərdə tutulan məbləğ artırılaraq üç yüz manatdan üç min manata qədər təsbit edilmiş (əvvəl yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ), 209-cu maddənin “Qeyd” hissəsində “gömrük ödənişlərinin ödənilməsindən külli miqdarda yayınma” və 213-cü maddənin “Qeyd” hissəsində “vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən külli miqdarda yayınma” tərkiblərinin yaranması üçün yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ (əvvəl yüz min manatdan artıq olan məbləğ) müəyyən edilmişdir.

Bunlarla yanaşı, “xüsusilə ağır cinayət” kimi Cinayət Məcəlləsinə əlavə olunmuş 6 maddənin (177.4-cü, 178.4-cü, 179.4-cü, 180.4-cü, 181.4-cü və 182.4-cü maddələr), “ağır” cinayət kimi əlavə edilmiş 2 maddənin (185.4-cü və 186.3-cü maddələr), “az ağır” cinayət kimi əlavə olunmuş 8 maddənin (187.4-cü, 189-1.2-1-ci, 192.3.1-ci, 192.3.2-ci, 193.3.1-ci, 193.3.2-ci, 209.3-cü və 213.3-cü maddələr) dispozisiyalarında nəzərdə tutulmuş “xüsusilə külli miqdar” anlayışı həmin əməllərin törədilməsi nəticəsində beş yüz min manatdan yuxarı ziyan vurulmasını ehtiva edir.

Göstərilən dəyişikliklər nəticəsində ayrı-ayrı kateqoriyaya aid cinayət tərkiblərinin yaranması üçün tələb olunan məbləğlər əhəmiyyətli dərəcədə artırıldığına görə cinayət qanunu ilə cəzalandırılmalı olan xeyli əməllər inzibati xəta kimi tövsif ediləcəkdir.

Cinayət Məcəlləsinə edilmiş kompleks dəyişikliklərin və əlavələrin məzmunundan da göründüyü kimi, ən mütərəqqi yeniliklərdən biri də cinayət məsuliyyətindən azad olma institutunun daha da təkmilləşdirilməsi və onun tətbiq dairəsinin genişləndirilməsi hesab olunur.

Cinayətlərin dekriminallaşdırılmasına yönəlmiş mühüm əhəmiyyətli yenilik kimi, Cinayət Məcəlləsinin ayrı-ayrı fəsillərində nəzərdə tutulmuş bir sıra cinayət əməllərinin törədilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışmaq ilə əlaqədar cinayət məsuliyyətindən azadetməyə dair müddəa təsbit olunub.

Belə ki, yeni Qanunla Cinayət Məcəlləsinin 73.1-ci maddəsində müvafiq dəyişiklik edilərək “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz olunub və bununla da böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad olunma institutunun tətbiqi imkanları genişləndirilib.

Habelə Cinayət Məcəlləsinə daxil edilmiş 73.2-ci maddəyə əsasən, bu Məcəllənin 12 maddəsində, yəni 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma), 129-cu (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 130-cu (Zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma), 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 133.1-ci (Əzab vermə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 142.1-ci (Xəstəyə kömək göstərməmə), 143-cü (Təhlükədə qoyma), 156.1-ci (Şəxsi həyatın toxunulmazlığını pozma), 157.1-ci (Mənzil toxunulmazlığını pozma) və 158.1-ci (Hüquqi şəxslərin binalarının və ya otaqlarının toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də Cinayət Məcəlləsinə əlavə olunmuş 73-1-ci maddədə nəzərdə tutulmuşdur ki, mülkiyyət əleyhinə yönəlmiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6 maddəsində - 178.1-ci (Dələduzluq), 179.1-ci (Mənimsəmə və ya israf etmə), 186.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 187.1-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), 187.2-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 189-1.1-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) və 189-1.2-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, 4 maddədə (178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir, 4 maddədə (178.3-cü, 178.4-cü, 179.3-cü və 179.4-cü maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs isə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Həmçinin iqtisadi fəaliyyət sahəsində baş vermiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 maddəsində - 209.1-ci (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma), 209.2.2-ci (Gömrük ödənişlərinin ödənilməsindən yayınma külli miqdarda törədildikdə) və 213-cü (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin 18 maddədə - 192-ci (Qanunsuz sahibkarlıq), 192-1-ci (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi), 193-cü (Yalançı sahibkarlıq), 195-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 195-1-ci (Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma), 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197-ci (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198-ci (Bilə-bilə yalan reklam etmə), 202-2-ci (İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə), 203-cü (Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 203-1.1-ci (Qiymətli kağızlar bazarında manipulyasiyalar), 205-2-ci (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı), 209.2.1-ci (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma təkrarən törədildikdə), 209.3-cü (Gömrük ödənişlərinin ödənilməsindən xüsusilə külli miqdarda yayınma), 210-cu (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211-ci (Qəsdən müflisləşmə), 212-ci (Saxta müflisləşmə) və 213-2-ci (Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əlavə olunmuş 2-ci bənddə nəzərdə tutulub ki, bu Məcəllənin 263.1-ci və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə əlavə olunmuş “Qeyd” hissəsində göstərilib ki, bu Məcəllənin 306.1-ci və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad olunur.

Cinayət qanunvericiliyinə edilmiş həmin dəyişikliklər cinayətin zərərli nəticələrinin aradan qaldırılması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinin təmin olunması, cinayət törətmiş şəxslərin islah olunması və gələcəkdə yeni cinayətlər törətmələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Cinayət Məcəlləsinin 74.1-ci maddəsindən “ilk dəfə” sözləri çıxarılmaqla, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükəli olmayan və ya az ağır cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasının əsasları və imkanı daha da artırılıb.

Yeni Qanunla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərin cinayət məsuliyyəti ilə bağlı humanistləşdirmə istiqamətində bir sıra yeniliklər müəyyənləşib.

İlk növbədə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilib.

Habelə Cinayət Məcəlləsinə əlavə edilmiş 74-1.1-ci maddəyə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunur. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Qanunvericilikdə təsbit olunmuş həmin müddəalar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin şəxsiyyəti və işin digər halları nəzərə alınmaqla onların barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın tətbiqinə, bu şəxslərin yenidən tərbiyə və islah olunması, müalicə edilməklə sağlam həyata qaytarılması və cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradır.

Göstərilənlərlə yanaşı, yeni Qanunla Cinayət Məcəlləsinin 59.1.9-cu və 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar yeni redaksiyada verilmiş (59.1.9 - cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.10 - şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;), habelə Məcəlləyə 59.1.11-59.1.14-cü maddələr daxil edilərək, cəzanı yüngülləşdirən halların siyahısı (59.1.11 - cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14 - cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi) genişləndirilmişdir.

Yeni Qanunun keçid müddəalarına əsasən, cinayət hesab olunmayan əməllərə görə qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlarla yanaşı, həm də yeni Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulubsa, həmin şəxslərin cəza müddətləri ona müvafiq azaldılır. Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Yeni Qanunla Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların siyahısına azadlığın məhdudlaşdırılması cəza növünün əlavə edilməsi və çoxsaylı cinayətlərə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təcrübədə geniş tətbiqi, xeyli cinayətlərə görə əvvəllər təyin olunmuş cəzadan məhkumların azad edilməsi və azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması, Qanunun qüvvəyə minməsindən sonra törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmənin aşağı hədlərdə təyin edilməsi, habelə zərər çəkmiş şəxslə barışmağa və vurulmuş ziyanın ödənilməsinə görə cinayət məsuliyyətindən azad etmə institutunun daha da geniş tətbiq olunması azadlıqdan məhrumetmə cəzasının tətbiqinin və onun hədlərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Respublika Prezidentinin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin səmərəli yerinə yetirilməsinə əlverişli şərait yaradacaq.

Nazim Abbasov

Baş Prokurorluğun

Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi

III dərəcəli dövlət ədliyyə müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO