“Cisco” şirkəti Azərbaycanda yeni layihələr həyata keçirəcək
Bakı, 22 iyun, Xatirə Cəfərova, AZƏRTAC
“Cisco” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Cisco” şirkətinin Azərbaycan nümayəndəliyinin başçısı Vladimir Orlov məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda kibertəhlükəsizlik məsələlərinə çox böyük diqqət yetirilir. Bu yaxınlarda nazirlik ilə genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. Əsasən, internet videoyükləmələr, TV, virtual iş yerinin təşkili üçün istifadə edildiyi üçün bu sahədə ən effektiv həll mövcud olan şəbəkənin modernləşdirilməsidir. Layihənin praktiki icrası mərhələli şəkildə həyata keçiriləcək. “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat birliklərində aparılan işlər gələcəkdə yaradılacaq yeni xidmətlərin, virtual iş masası, təhlükəsizlik xidmətlərinin əsası olacaq. Şirkətin iş prinsipi kompleks şəkildə infrastrukturun təkmilləşdirilməsi və təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]