Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlı sakinlərinin yaz qayğıları - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi - Kəndbəkənd

Bakı, 18 mart, AZƏRTAC

Şuşaya gedən azadlıq yolunun simvoluna çevrilmiş Cocuq Mərcanlı kəndində əhalinin yaz qayğıları başlayıb. Tez-tez eşidilən atəş səslərinə əhəmiyyət verməyən zəhmətkeş insanlar gündəlik işləri ilə məşğuldurlar.

AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin Cocuq Mərcanlı kəndində əhalinin yaz qayğıları ilə bağlı məqaləsini təqdim edir.

Kənddə yeni həyat cəmi iki ildir başlayıb. 1994-cü ilin yanvarında kənd Horadiz əməliyyatı nəticəsində azad olunsa da, Lələtəpə yüksəkliyində mövqe tutmuş ermənilər insanların burada yaşamasına, təsərrüfat fəaliyyəti ilə məşğul olmalarına imkan vermirdilər. 2016-cı ilin aprel döyüşlərində yüksəkliyin azad olunması ilə kəndə qarşı təhlükə aradan qalxdı, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamlar əsasında Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev tikildi, lazımi infrastruktur quruldu.

Sakinlərlə söhbətimizdə o günü hələ də xatırladıqlarını deyirlər. 2017-ci ilin iyun ayının 14-də dövlət başçısı kəndin bərpasından sonra Cocuq Mərcanlıda olub, yeni evlər, Şuşadakı “Gövhər Ağa” məscidinin bənzəri və digər obyektlər sakinlərin istifadəsinə verilib. “O gündən kəndimiz gözümüzün qabağında böyüyür, getdikcə iri qəsəbəyə çevrilir”, - deyən kənd sakinləri sevinclərini dilə gətirirlər. Artıq Cocuq Mərcanlıda iri istehsal sahələri qurulur, müasir təsərrüfatlar yaradılır. Kənd hər gün qonaqlı-qaralıdır, yerli və xarici qonaqlar, rəsmi şəxslər, sadə insanlar kəndə baş çəkərək, burada görülən işlərlə tanış olur, kənd sakinlərinin sosial rifah halının yaxşılaşdırılması üçün atılacaq addımları müzakirə edir, planlaşdırma aparırlar.

İkinci mərhələdə əlavə olaraq 100 evin tikilməsi, ilk növbədə, məşğulluq məsələsinin həllini ön plana çıxarır. Əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsində çalışdığı üçün yeni sahələrin tapılması, kiçik ailə biznesi ideyalarının həyata keçirilməsi əhəmiyyətlidir. Düzdür, kənd sakinləri məcburi köçkün həyatı boyu təsərrüfatdan uzaq düşməmişdilər, amma kəndə qayıdış onlardan yeni təsərrüfat vərdişləri tələb edir. Onların sözlərinə görə, hazırda hər bir ailənin həm fərdi, həm də ümumi əkin torpaqları var. Onlar min hektardan çox torpağı əkməli, dövrün tələbinə görə, bazaryönümlü məhsul istehsalına nail olmalıdırlar. Ötən təsərrüfat mövsümündə kənddə pambıqçılıq, şəkər çuğunduru, yem bitkiləri əkilib, baramaçılıq yenidən vüsət götürüb, əlavə olaraq iki yeni sahə - istixana şəraitində tərəvəzçilik və arıçılıq əhalinin məşğuliyyətinə daxil edilib.

Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Hüseyn Abbasov deyir ki, dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi Cocuq Mərcanlıda canlanmaya səbəb olub: “Daim dövlət qayğısı hiss edən kənd əhalisi gələcəkdə üzüm, meyvə bağlarının salınmasını, heyvandarlıq sahələrinin yaradılmasını vacib hesab edir. Çünki həm kəndin yerləşdiyi coğrafi mövqe, həm də əhalinin bu həvəsinin olması sözügedən sahələrin inkişafı üçün əlverişli zəmin yaradır”. Onun sözlərinə, kəndin inkişafı ilə bağlı dövlət qurumları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.

“DAİM əməkdaşları da öz növbəsində kəndin aqrar potensialının gücləndirilməsinə kömək edir. Onlar hər gün əkin sahələrinə baş çəkərək əhaliyə lazımi kömək göstərirlər. Kənddə aqrar sahənin inkişafı üçün qarşıda duran əsas məsələ su məsələsi idi. Cocuq Mərcanlıda məskunlaşan əhalinin kənd təsərrüfatı ilə məşğul olmasını təmin etmək üçün əkin sahələrinə suvarma suyu çəkilməsi barədə Prezident İlham Əliyev tərəfindən 2017-ci il 13 sentyabr tarixli sərəncam imzalandı. Hazırda kəndin əkin sahələrinə Araz çayından su çəkilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Layihə üzrə görüləcək tədbirlərin ümumi həcminin indiyə qədər böyük hissəsi həyata keçirilib. Bu yaxınlarda sakinlərə azot gübrələri pulsuz olaraq verildi. Eyni zamanda, Dövlət Baytarlıq Xidməti əhalinin istifadəsində olan heyvanlara tam nəzarət-müalicə işini həyata keçirir. Kənddə saxlanılan heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda 200 doza miqdarında cins heyvan toxumu veriləcək. Demək olar ki, hər gün kənddə olur, təsərrüfatla məşğul olan sakinlərin müraciətlərini dinləyir, lazımi məsləhət və tövsiyələr veririk. Təmas xəttinə yaxın olduğu üçün əkinlərin tam uçotunu aparmaq çətinlik yaradır, hələ də minalı sahələr var. ANAMA təmizləmə işlərini davam etdirir. Ərazilərin təmizlənməsi işləri yekunlaşdıqdan sonra kəndin əkin dövriyyəsinə əlavə torpaqlar daxil ediləcək. Arazboyu ərazi olduğu üçün torpaqlar çox münbitdir və biz çalışacağıq ki, əkinlər yeni elmi metodlar əsasında aparılsın. Builki məhsul üçün kənd sakinləri çox həvəslə işəyirlər, 200 hektar pambıq əkini, 200 hektar isə çuğundur əkini üçün hazırlanıb, yaxın günlərdə səpin aparılacaq”, - deyə DAİM rəhbəri bildirdi.

Cocuq Mərcanlıda əkin sahələrinə baş çəkməyi də unutmadıq. Sahələrdə olan fermerlər yorulmadan gərgin əməklə məşğuldurlar. Fermer Rasim İsmayılov əkinə hazırlıq prosesi barədə məlumat verir: “Lələtəpənin alınması ilə 600 hektarlıq bir ərazi əkinəyararlı vəziyyətə gətirilib, onun böyük hissəsində yazlıq bitkilər əkəcəyik. Yerdə qalan hissə isə taxıl altındadır. Bu il mülayim hava şəraiti ilə bağlı olaraq becərmə işlərinə tez başlamışıq, hazırda gəmiricilərə qarşı mübarizə aparırıq. Birinci suvarma işlərini artıq başa çatdırmışıq”.

Fermer Fərhad İbrahimov da yaz qayğılarından danışdı: “Göstərilən dövlət dəstəyi çox vacibdir, kəndimizi yenidən qururuq. Əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsində işlədiyi üçün bu sahə bizim üçün çox vacibdir. Bu il taxılda hektardan 45-50 sentner məhsul götürməyi planlaşdırmışıq. Sahələrdə gündəlik aqrotexniki işlərimizi aparırıq. Kənd Təsərrüfatı Nazirliyinin əlaqədar qurumları, eyni zamanda, DAİM əməkdaşları bizə çox kömək edirlər. Bu il daha çox köməyə ehtiyacımız olacaq, çünki, qışlama dövrü çətin keçib, il quraq gəlib, bütün sahələr suvarma altında olmalıdır. Prezident İlham Əliyev kəndə gələndə xahiş etdik ki, su probleminə köklü yanaşılsın. Sağ olsun, onun tapşırığı ilə ərazilərə iki istiqamətdən su xətləri çəkilib. Buna görə ötən il 620 hektarda taxıl, 70 hektarda yonca, 50 hektarda isə çuğundur becərib təhvil verdik”.

Kənd sakinləri torpağın onlar üçün müqəddəs olduğunu vurğuladılar: “Bilirik ki, bu torpaqların hər qarışında şəhid qanı var. Ona görə də torpağın qarşısındakı mənəvi borcumuzu çox yaxşı başa düşürük. Bu gün torpağı əkib-becərmək, səngərdə düşmənlə üz-üzə dayanmış əsgərimizə göstərdiyimiz ən böyük mənəvi dayaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq