“Contact” ilə “Qiwi” MDB ölkələrinə bivalyuta köçürmələrini həyata keçirməyə başlayıblar
Bakı, 2 aprel (AZƏRTAC). "Contact" və "Qiwi" ödəniş sistemləri istifadəçilərə bivalyuta pul köçürmələri həyata keçirmək imkanını təqdim etmişlər. Artıq "Contact" pul köçürmələrini “Qiwi terminalları” vasitəsilə rublda göndərib, ABŞ dollarında almaq olar.
AZƏRTAC "www.cnews.ru" saytına istinadən xəbər verir ki, əsasən, Azərbaycana, Belarusa, Gürcüstana, Qazaxıstana, Tacikistana, Ukraynaya və digər ölkələrə pul köçürmələri həyata keçirməyə imkan verən yeni xidmətdən Rusiyada yerləşən 100-dən artıq “Qiwi terminalı” vasitəsilə yararlanmaq mümkündür.
Xidmətdən "Visa Qiwi Wallet" saytı vasitəsilə də istifadə etmək olar, bunun üçün axtarış sətrində "Contact" qeyd etmək, müvafiq formanı doldurmaq və tələb olunan valyutanı göstərmək kifayətdir. Pul köçürməsini 15 dəqiqə ərzində həyata keçirmək, pul köçürməsini göndərilən ölkənin istənilən qəbul məntəqəsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:16]
Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO
- 28.05.2026 [14:58]
Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb
- 28.05.2026 [13:47]
Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir
- 28.05.2026 [12:05]
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub
- 28.05.2026 [09:57]
Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
- 28.05.2026 [09:54]
Dünya birjalarında neft bahalaşıb
- 28.05.2026 [09:34]