Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-da Azərbaycan qlobal problemlərin həllində fəal iştirakçı olduğunu sübut etdi ŞƏRH

COP29-da Azərbaycan qlobal problemlərin həllində fəal iştirakçı olduğunu sübut etdi  ŞƏRH

Bakı, 24 noyabr, AZƏRTAC

Bəzi dövlətlərin hökumətlərinin riyakarlığına baxmayaraq, COP29 uğurla başa çatdı. Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının (Aİ) tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi.

Məlumdur ki, qlobal istiləşməyə qarşı mübarizə, dünyanın ekoloji böhrandan çıxmasının zəruriliyi mövzusu bəşəriyyəti narahat edən bir nömrəli məsələdir. Bunun həlli yolu isə aydındır. İnkişaf etmiş ölkələr tərəfindən dünyanın böhrandan çıxarılması və yaşıl iqtisadiyyata qədəm qoyması üçün müvafiq vəsaitin ayrılması. 2015-ci il Paris Sazişində BMT-də danışıqlar aparan ölkələrə 2025-ci ilə qədər yeni saziş hazırlamaq vəzifəsi qoyulmuşdu.

Hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qəbul edilmişdi və artıq o dövrdə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan dövlətlərə razılaşdırılmış tam xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları ayırmaları tələb olunurdu.

İllərdir Dünya Bankı kimi təşkilatlar milyardlarla dollar yardımın trilyonlarla əlavə investisiyaya təkan verdiyi “milyardlardan trilyonlara” tezisini irəli sürmüşdülər.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.

O bildirib ki, 2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ilə qədər ildə 100 milyard dollar "səfərbərlik" etmək barədə razılığa gəliblər. Həmin rəqəm inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının böyük bir hissəsini ödəməsə də, razılıq bundan ibarət idi. Sonradan trilyon dollardan danışılsa da, indiyədək hətta 100 milyard dollarlıq vəsait belə inkişaf etmiş dövlətlərin bir çoxu tərəfindən xəsisliklə qarşılanıb. Nümunə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, onlar 2020-ci ildə cəmi 83,3 milyard dollar toplamışdılar. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatı belə nəticəyə gəlir ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr 2030-cu ilə qədər dörd-səkkiz dəfə artmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır.

“Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyyə yardımın ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb.

Bu dəfə də COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasət aparan dövlətin imicinə daha böyük bir zərbədir.

COP29-da bəşəriyyət qarşısında duran problemlərin həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən sistematik iş aparılıb. "Intelligence Online" kəşfiyyat agentliyinin məlumatına görə, Fransanın Havas lobbi təşkilatı COP29-u gözdən salmaq üçün müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atıb. Avropada aparılan kampaniya sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olduğu arqumentini işə salmış, əlavə olaraq insan haqları, ermənilərin zorla köçürülməsi mövzularını gündəmə gətirərək müxtəlif ölkələrdən siyasətçiləri Bakıya getməmək üçün razılığa gətirməyə cəhdlər edib. Bundan başqa, Fransa prezidentinin nümayəndələri Aİ-nin daxili strukturlarına, Avropa ölkələrinin, fransızdilli Afrika ölkələrinin hökumətlərinə gizlicə müraciət edərək Bakıda keçirilən COP29 tədbirinin boykot edilməsi üçün çağırışlar ediblər.

Emmanuel Makronla bərabər, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA, “Global Witness”, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq QHT-lər, “Washington Post”, NYT, “Economist”, “Politico”, BBC, “Fiqaro”, “Le Monde” və Qərbin digər mediaları ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni etdilər.

Almaniyanın XİN rəhbəri Annalena Berbok isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini təsdiqlədi”, - deyə politoloq vurğulayıb.

Zaur Məmmədovun sözlərinə görə, yuxarıda adları sadalanan beynəlxalq aktorların fəaliyyəti bir daha göstərdi ki, bu dövlətlər üçün qlobal çağırışları həll etmək lazım deyil, əksinə daha da gərginləşdirmək əsas hədəfdir. Halbuki, COP ekoloji problemlərin həllini nəzərdə tutan dialoq platformasıdır və siyasi münasibətlərin bu tədbirlərə heç bir aidiyyəti olmamalıdır. İnkişaf etmiş ölkələrin apardığı riyakar siyasət COP dəhlizlərində də etirazla qarşılanıb. COP29 çərçivəsində bir sıra ölkələri təmsil edən ekoloji fəallar iştirakçı ölkələrdən iqlim maliyyəsinin həcminin trilyonlarla dollara qədər artırılmasını tələb ediblər. Aksiyada "No deal, is better than bad deal!" (Razılaşmanın olmaması əlverişsiz razılıqdan daha yaxşıdır!), "Stop fossil fuel" və bir sıra digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları, eyni zamanda, iştirakçı ölkələri yekun razılığın əldə olunmasını gecikdirməməyə çağırıblar.

Baş verənlər bir daha göstərir ki, həm Qərb, həm də bəzi Asiya dövlətləri ekoloji təmiz dünyaya keçid üçün pul ayırmaq istəmirlər və müxtəlif bəhanələrə əl ataraq öhdəliklərinin icrasından yayınırlar. Bütün bunlara baxmayaraq, Bakıda keçirilən COP29-da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi. Belə ki, gecə saatlarında COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur. Zal razılaşmanın elanını alqışlarla qarşıladı. Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər, lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər.

"COP29-un yekun plenar iclasında, həmçinin qərara alındı: Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edilib, Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul edildi. Fondun məqsədi: iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. Hazırda Fondun dəstəyi 750 milyon dollardır. O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik ziddiyyətə son qoyuldu. Belə ki, konfrans tarixində ilk dəfə Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu.

Sədrliyin əsas prioritetlərindən olan yüksək effektiv karbon bazarları üzrə nəticənin əldə edilməsi mühümdür. 6-cı maddədə iqlim məqsədlərinə nail olmaqda əməkdaşlıq edən ölkələr üçün möhkəm və şəffaf karbon bazarlarının yaradılmasını nəzərdə tutulur. Bu ölkələrin milli iqlim planlarının (MDM) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir.

Məlum qərar inkişaf etməkdə olan ölkələrə xarici investisiyaların çoxalması ilə nəticələnə bilər. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan ölkələrə yeni investisiya dalğası deməkdir.

Beləliklə, Azərbaycan daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Azərbaycan, həm tədbirin təşkilatçısı, həm də, başçısı kimi Qlobal Cənub ilə Şimali bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu", - deyə politoloq bildirib.

O əlavə edib ki, tarixində ilk dəfə olaraq 76 mindən çox iştirakçı bu və digər şəkildə tədbirlərdə iştirak etdi. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünyamiqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir.

Bu tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.

Beləcə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır, tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır